"Tələsik qərarlar qəbul etməyə ehtiyac yoxdur"
Yusif Nəzərli
13:56 15.02.2022
Siyasət
596
Ceyhun Məmmədov: "Hazırkı dövrdə ənənəvi təhsildən məsafədən təhsilə keçid təhsilimiz üçün müəyyən çətinliklər yaradacaq"
“Orta və ali məktəblərdə ənənəvi təhsilin dayandırılması ilə bağlı çağırışların artdığının şahidi oluruq”. Bu barədə “Şərq”ə millət vəkili Ceyhun Məmmədov deyib. Deputat bildirib ki, vəziyyət həqiqətən mürəkkəbdir:
“Ancaq hesab edirəm, hazırkı dövrdə ənənəvi təhsildən məsafədən təhsilə keçid təhsilimiz üçün müəyyən çətinliklər yaradacaq. Çoxlarının düşündüyü kimi, ənənəvi təhsildən məsafədən təhsilə keçid asan məsələ deyil. Dərslərin sentyabrın ortasından deyil, sonundan başlaması proqramın tam mənimsənilməsi üçün bir sıra çətinliklər yaratdı. Birinci semestrdə dərsi olan müəllimlər bu problemi açıq yaşadılar. Əlavə olaraq nəzərə alsaq ki, bu gün internet və avadanlıqlarla bağlı problemlər bir sıra bölgələrdə hələ də qalmaqdadır, məsələnin nə qədər ciddi olduğunu anlamış olarıq”.
Parlament üzvü vurğulayıb ki, digər bir mühüm məsələ distant təhsilin ənənəvi təhsili əvəz edə bilməməsidir: “Ötən il məsafədən təhsil dərslərin keyfiyyətinə çox ciddi təsir etdi. Həm orta, həm də ali təhsil müəssisələrimiz həmin dövrün acı nəticələrini bu gün yaşamaqdadır. Ona görə tələsik qərarlar qəbul etməyə ehtiyac yoxdur. Virusdan kütləvi yoluxmalara gəlincə, təhlillər göstərir ki, burada gigiyenik qaydalara, maskadan istifadəyə tam əməl edilməməsi bir sıra hallarda virusun daha sürətlə yayılmasına təsir edən amillərdəndir. Hər kəs çalışmalıdır ki, müəyyənləşdirilmiş qaydalara əməl etsin, gücləndirilmiş 3-cü əlavə dozanı qəbul etsin”.
C.Məmmədova görə, qarşıda bizi nəyin gözlədiyini bilmədiyimiz üçün distant təhsilin hüquqi bazasının gücləndirilməsi, bu təhsil sisteminin inkişaf etdirilməsi istiqamətində də səylərimizi gücləndirməliyik:
“Bir sıra ölkələr məsafədən təhsilin araşdırılması və tətbiqinin təkmilləşdirilməsi üçün sırf distant təhsil verən təhsil müəssisələrinin yaradılması ideyaları üzərində sıx işləyirlər. Hesab edirəm, bu barədə ciddi düşünməyə ehtiyac var. Yuxarıda qeyd etdiyim kimi, irəlidə hansı yeni pandemiya növləri ilə üz-üzə qalacağımız hələ bilinmir. Prosesləri qabaqlamaq üçün bu istiqamətdə indidən düşünməyə, işlərin sürətləndirilməsinə ciddi ehtiyac var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol