Təxribat! “Rusiya regionda təhlükəsizliyi poza bilər” – Sirr pərdəsi çəkilir...
Banuçiçək Kalbalıyeva
09:55 08.07.2021
Siyasət
695
Ermənistanda baş nazir vəzifələrini icra edən Nikol Paşinyan Moskvada səfərdədir. Rusiya prezidenti Vladimir Putin yenidən hakimiyyətə gəlməsi münasibətilə onu təbrik edib. Tərəflər arasında hansı məsələlərin müzakirə olunduğu maraq doğurur. Sərhəddə baş verən təxribatlar isə bu şübhələri bir az da artırır. Moskva və İrəvanın istədiyi nədir?
“Sherg.az” olaraq ADP sədrinin müavini, politoloq Həsrət Rüstəmovla bu suallara aydınlıq gətirdik.
- Səfərin məhz indiki məqamda baş tutması nə ilə bağlıdır?
- Bildiyiniz kimi, Paşinyan özünü Qəbmeyilli siyasətçi kimi aparır və həqiqətən, belə davranır. Amma reallıq bundan ibarətdir ki, Rusiyanın Ermənistanda ciddi dayaqları, təsir imkanları var. Paşinyan Moskvanın razılığı olmadan hakimiyyətdə uzun müddət qala bilməyəcəyini yaxşı anlayır. Ona görə yenidən hakimiyyətə gələndən sonra ilk xarici səfərin məhz şimal qonşumuza olması heç də təsadüfi deyil.
- Görüş region üçün nələr vəd edir?
- Bölgədə əleyhimizə nəsə dəyişməyəcək. Belə ki, həm Moskva, həm də İrəvan üçtərəfli bəyanatın şərtlərinin yerinin yetirilməsində, iqtisadi əməkdaşlıqda maraqlıdır.
- Sərhəddəki təxribatlarla görüşün hansı əlaqəsi var?
- Seçkilərin bitməyinə rəğmən, Paşinyanın bütün proseslərə nəzarət etdiyini demək olmaz. Təxribatların Moskvanın tapşırğı ilə olması istisna deyil. Lakin provokasiyalar regiondakı “oyunçuların” siyasətini dəyişmək üçün yox, Paşinyana təsir etməkdən ötrüdür. Ola bilsin, Putin bu addımlarla Paşinyanı daha çox ram etmək istəyir.
- Biz belə situasiyada necə davranmalıyıq?
- Azərbaycan diqqətli olmalıdır. Rus qoşunları regionda olduğ müddətcə təhlükəsizlik istənilən an pozula bilər. Yəni daimi sabitlikdən arxayın olmamalıyıq.
- Ermənistan tərəfdən silahların yenidən işə düşdüyü bir vaxtda növbəti anti-terror əməliyyatların başlanması ehtimalını necə qiymətləndirirsiniz?
- Bu, maraqlarımıza uyğun deyil. Biz regionda iqtisadi əlaqələrin yaranmasına, möhkəmlənməsinə çalışmalıyıq. Ermənistan da başa düşməlidir ki, Azərbaycanla düşmən yox, dost olmaq lazımdır. Fəqət, diplomatik müstəvidə İrəvana lazımi, kəsərli cavablar verilməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
MDB artıq Azərbaycan üçün dar çərçivədir - POLİTOLOQ
16:10 17.03.2026
Siyasət
Albaniya SEPAH-ı terror təşkilatı kimi tanıyıb
16:07 17.03.2026
Gündəm
İranda dini rejim dağılacaq, hərbi hökumət qurulacaq - Bolton
16:04 17.03.2026
Dünya
Daha bir avtobusda gediş haqqı 60 qəpik olub
15:56 17.03.2026
İnfrastruktur
Sürət qatarına daş atan yeniyetmələr polisə çağırılıb
15:12 17.03.2026
Hadisə
Müctəba Xamenei iki ölkənin təklifini rədd etdi
14:13 17.03.2026
Gündəm
Qarşıdurma uzanır: İranın cavabı bütün planları pozdu - RƏY
14:12 17.03.2026
Aktual
SEPAH-ın yüksək vəzifəli generalları öldürüldü
14:06 17.03.2026
Gündəm
Zelenski: Müharibə ABŞ-dən də uzaqda deyil
14:01 17.03.2026
Dünya
Aİ Hörmüz boğazı ilə bağlı diplomatik həll yolu axtarır
13:59 17.03.2026
Dünya
Azərbaycanlı turistlər xaricdə 1.5 mlrd. dollar xərcləyiblər
13:50 17.03.2026
Aktual
İsrailin müdafiə naziri: Əli Laricani öldürülüb - YENİLƏNİB
13:48 17.03.2026
Gündəm
Şəhərdə əlçatanlıq yoxdur, sakinlər əziyyət çəkir - Ekspert
13:45 17.03.2026
İnfrastruktur
Uşaq evlərinin sakinləri ahıllar evini ziyarət etdi
12:46 17.03.2026
Cəmiyyət