"The Washington Post" saxtakarlıq edir- Millət vəkili
Yusif Nəzərli
09:03 02.11.2024
Siyasət
629
"Multimilyarder Ceff Bezos da yazdığı bir məqalədə qlobal media funksiyasını yerinə yetirən qəzetlərin əsl üzünü açıb göstərdi ki, onlardan da biri özününküdür. Bezosun elə həmən qəzetdə, yəni 2013-cü ildən satın aldığı "The Washington Post" da dərc olunan məqaləsinin başlığı elə oradakı media haqda çox şey deyir".
Bu sözləri millət vəkili Sahib Alıyev deyib. Deputat vurğulayıb ki, biz isə özlərini qlobal media kimi təqdim edənlərə nəinki inanmırıq, onların bu regionla bağlı dərc etdiyi yazıların əksəriyyətinə ikrahla yanaşırıq:
"Çünki həmin yazıların az qala hər cümləsindən qərəz və saxtakarlıq tökülür. Mən "The Washington Post"dakı cızmaqaralarda bir dəfə də olsun Ermənistanın yeritdiyi işğalçı siyasəti tənqidə rast gəlməmişəm. Əksinə Azərbaycanı Rusiyaya, Ermənistanı isə Ukraynaya bənzətmək cəhdləri görmüşəm. Bax, həmin Ukraynanın Prezidenti V.Zelenski hazırda ölkəsinin çox acınacaqlı durumda olduğunu deyir və burada ABŞ-nin bu il üçün vəd etdiyi yardımın ancaq 10 faizini verdiyinin az rol oynamadığını bildirir. Məncə, belə bir reallığın yaranmasında "The Washington Post”, eləcə də ayrı-ayrı ölkələrin ideoloji işğalında, onların plasdarma çevrilməsində ön cəbhədə yer alan digər qəzetlərin dırnaqarası xidmətləri də vurğulanmalıdır".
Parlament üzvü vurğulayıb ki, Qərbdəki bəlli çevrələrin və onların xidmətindəki kütləvi informasiya vasitələrinin guya parlament seçkisinin demokratik keçirilmədiyini əsas gətirərək Gürcüstanın üzərinə yerimələrinin əsl səbəbi də elə həmən ölkənin Ukraynaya çevrilmək istəməməsidir: "Biz görmürükmü ki, Avropada özü-özünü Qafqazın dırnaqarası kuratoru təyin edən Fransa burada da canfəşanlığıyla seçilir. Gürcüstanda böhran yaratmağa, bu dost ölkəni bizim regionda bölücü xətlər çəkməyi planlaşdıranların plasdarımına çevirməyə çalışanlardan da biri məhz həmin Fransanın yetişdirib ora göndərdiyi şəxsdir.
Yeri gəlmişkən, regionu sülhə yaxınlaşdırmaq yönündə növbəti uğurlu addım kimi qiymətləndirilən Kazan görüşündən sonra Fransanın İrəvandakı səfirinin Azərbaycanı Qərbi Zəngəzurun bir hissəsini ələ keçirməkdə, Ermənistana yeni zərbələr endirməyə hazırlaşmaqda suçlandırması və təkcə özünün deyil, ölkəsinin də boyunu aşan tələblər səsləndirməsi rəsmi Parisin bu regionda çox yumşaq desək, pozucu fəaliyyətini ortaya qoymurmru? Ona görə də bu yüksək kürsüdən üzümü Ermənistan rəhbərliyinə tutub soruşmaq istəyirəm, əgər doğrudan da, sülh və əmin-amanlıq işərisində yaşamaq istəyirsinizsə, sizə Fransa kimi havadar lazımdırmı?".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə