
Top Paşinyandadır!
02:42 05.03.2024
Siyasət
447
Berlindəki görüşdə razılaşmalar olub Bu, yaxşı xəbər olsa da, çox ehtiyatlı davranmaq lazımdır “Paşinyan hökuməti həqiqətən sülh istəyirsə, daxili-xarici bütün qüvvələrin səsini kəsməlidir”
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Berlində keçirilən görüş haqda məlumat verərkən bildirib ki, tərəflər Almaniyada konkret maddələr üzrə müzakirələr aparmayıblar. Nazirin sözlərinə görə, Bakının təklifi və qarşı tərəfin də qəbul etdiyi yanaşma ondan ibarət idi ki, bundan öncəki müzakirələrdən fərqli olaraq, mətn, konkret maddələr üzrə müzakirələr aparılmasın: “Ancaq bir neçə açıq və tərəflərin razılaşmadığı yanaşmalar var. Biz əsasən həmin məqamların müzakirəsinə iki gün həsr etdik”. C.Bayramov vurğulayıb ki, rəsmi Bakının Ermənistandan gözləntiləri məsələnin tam hüquqa əsasən həlli, yalnız sözdə deyil, real olaraq, sənəd və qanunlara istinadən, qarşılıqlı ərazi bütövlüklərinin tanınması şərti ilə sülh müqaviləsinin razılaşdırılması və qəbul edilməsidir: "Sülh müqaviləsi davamlı olmalıdır ki, gələcəkdə hansısa açıq suallar yaratmasın. 2021-ci ilin yanvar ayından Azərbaycan Ermənistanla münasibətlərin normallaşması istiqamətində addımlar atmağa başladı. 2022-ci ildə Azərbaycan vacib əhəmiyyətə malik 5 baza prinsipini elan etdi. Həmin 5 baza prinsipi Ermənistan tərəfindən qəbul edilib. Eyni zamanda beynəlxalq ictimaiyyət tərəfindən müsbət dəyərləndirilib. Azərbaycan tərəfindən hazırlanan və qarşı tərəfə təqdim olunan sənəd layihəsi də həmin o prinsiplər üzərində qurulub, beynəlxalq hüququn normalarına uyğun şəkildə formalaşır".
XİN başçısının açıqlamalarını dəyərləndirən siyasi şərhçi Zeynal Əmrəliyev "Sherg.az"a deyib ki, görüşün formatından, həm də sonrakı bəyanatlardan hiss olunur ki, Almaniyanın xarici işlər naziri tərəflərə müdaxilə etməyib. Analitik vurğulayıb ki, Azərbaycan XİN rəhbərinin də dediklərindən belə anlaşılır ki, razılaşdırılmamış məsələlər elə də çox deyil:

"Konkret bir neçə maddə var ki, onların üstündə razılığa gəlmək lazımdır. Ötən gün Ermənistan xarici işlər naziri Arorat Mirzoyan da sülhlə bağlı müsbət mesajlar verdi. Görünür, Berlindəki görüş yüksək atmosferdə keçib. Bu, yaxşı xəbər olsa da, çox ehtiyatlı davranmaq lazımdır. Paşinyan hökuməti həqiqətən sülh istəyirsə, daxili-xarici bütün qüvvələrin səsini kəsməlidir. Paşinyan hökuməti erməni kilsəsi, diaspor, rusmeyilli müxalifət, qerbmeyilli klan, ordu içindəki revanşist qüvvələr, Fransa, İran, Hindistan və s. ölkələrdəki qüvvələrin təzyiqlərinə məruz qalmaqdadır. Baş nazir onlara rəğmən, yekun və həlledici qərar verməlidir. Hazırda top Paşinyandadır və o, dilemma qarşısındadır. Ya "Qarabağ klanı" sayılan Koçaryan-Sarkisyan kimi başqa dövlətlərin maşası olmağı üstün tutacaq, ya da erməniləri düşünüb Bakının tələblərini qəbul edəcək və sülh müqaviləsinə imza atacaq. Bu, Ermənistanın düşdüyü çətin vəziyyətdən xilas olması deməkdir. Azərbaycan-Ermənistan arasında sülhün əldə olunması "Qafqaz evi" lahiyəsinin reallaşmasında mühüm addım olacaq. Yəni Azərbaycan dövlət başçısı İlham Əliyev bir çoxlarının ürəyində qalmış arzuları reallaşdırır. Prezidentin siyasəti sadəcə Azərbaycan torpaqlarını düşməndən azad etməklə, suverenliyimizi bərpa etməklə qalmır, eyni zamanda Qafqazı birləşdirir və bölgədə illərdir oynanan çirkli oyunları darmadağın edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukraynanın Baş naziri Yuliya Sviridenko istefa verib
22:20 13.07.2026
Dünya
"Erməni soyqırımı" layihəsi: Knesset təxirə saldı
22:02 13.07.2026
Dünya
Slovakiya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
21:34 13.07.2026
Siyasət
Məsud Pezeşkian Rusiyanın energetika nazirini qəbul etdi
20:46 13.07.2026
Region
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Belarusda rəsmi səfərdədir
20:39 13.07.2026
Hərbi
Anna Akopyan Efiopiyaya ezam olunacaq
20:24 13.07.2026
Dünya
Bakı-Qars aviareysləri iyulun 30-dan başlayır
20:13 13.07.2026
Aktual
Tramp: Hörmüz boğazına nəzarəti ələ keçirəcəyik
20:08 13.07.2026
Gündəm
Muhsin Yazıcıoğlu işi üzrə 25 şübhəli saxlanılıb
20:05 13.07.2026
Hadisə
AB Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
19:50 13.07.2026
Dünya
Füzulidə yanğınlar zamanı mina partlayışları baş verib
19:42 13.07.2026
Hadisə
Ermənistanı sülhdən uzaqlaşdırırlar - ŞƏRH
19:15 13.07.2026
Gündəm