Hörmüz boğazı daha heç vaxt bağlanmayacaq.
APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.
“Çin mənim Hörmüz boğazını həmişəlik açmağımdan çox məmnundur. Mən bunu onlar və eləcə də, dünya üçün edirəm. Bu hadisə bir daha baş verməyəcək. Onlar razılaşdılar ki, İrana silah göndərməyəcəklər. Bir neçə həftədən sonra mən ora gedəndə Si Cinpin məni qucaqlayacaq. Biz birlikdə ağılla işləyirik və bunu çox yaxşı edirik. Bu, döyüşməkdən yaxşıdır. Amma yadınızda qalsın, məcbur qalsaq, biz çox yaxşı döyüşürük, hətta hər kəsdən çox, daha yaxşı”, - Tramp qeyd edib.