Tramp Putin və Zelenski arasında görüş təklif etdi

ABŞ Prezidenti Donald Tramp Rusiyaya Vladimir Putin və ukraynalı həmkarı Volodimir Zelenski arasında görüş təşkil etməyi təklif edib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov "Rossiya 1" kanalının jurnalisti Pavel Zarubinə bildirib.

"Vladimir Putin dəfələrlə bildirib ki, Zelenski dialoqa hazırdırsa Moskva səfəri edə bilər. Mümkün görüşlər konkret və pozitiv nəticələrin əldə olunmasına yönəlməlidir", - o qeyd edib.