
Tural Abbaslı: Zelenskinin küsməyi yersizdir, o böyük siyasi aktorların əlində piyada rolunu oynayıb
11:40 14.02.2025
Siyasət
428
Ukrayna Kiyevin iştirakı olmadan münaqişənin həlli üçün Moskva və Vaşinqton arasında aparılan ikitərəfli danışıqların heç bir nəticəsini qəbul etməyəcək. bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib. O bildirib ki, mən bunu tərəfdaşlarımıza çox açıq şəkildə bildirirəm. Bizsiz Ukrayna ilə bağlı hər hansı ikitərəfli danışıqları qəbul etməyəcəyik. Zelenski əlavə edib ki, ABŞ Prezidenti Donald Trampın ona zəng etməzdən əvvəl Rusiya lideri Vladimir Putinlə telefonda danışması onun üçün olduqca xoşagəlməz faktdır. O qeyd edib ki, zəng zəngdir, mən hər şeyi başa düşürəm, lakin görüşlər bizim üçün prioritetdir: Ukrayna - Amerika". Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə telefon danışığı apardıqdan sonra Zelenskiyə zəng etmişdi.
Ağ Partiya sədri Tural Abbaslı “Sherg.az”a bildirib ki, Donad Tramp prezident seçkiləri ərəfəsində 24 saat ərzində Ukrayna müharibəsini dayandıracağını söyləmişdi:

“Təbii ki, 3 il davam edən müharibəni belə qısa müddətdə dayandırmaq olmazdı. Lakin Tramp verdiyi vədləri gec də olsa, yerinə yetirməyə çalışır. Eyni zamanda Tramp Amerika Birləşmiş Ştatlarını əlavə xərclərdən azad etməyə cəhd göstərir. Donald Trampın birinci Putin və yaxud Zelenskiyə zəng etməsinin önəmi yoxdur. Sadəcə olaraq məntiqə uyğun olaraq böyük, hücum həyata keçirən və işğalçı tərəf Rusiyadır və Putin dayanmasa, savaş sonlanmayacaq. Ona görə də Donald Tramp düşünüb ki, Putinlə razılaşdıqdan sonra Zelenskinin heç bir şansı yoxdur. Ukrayna müharibəsinin başlaması Zelenskinin təcrübəsizliyindən, siyasi bilgisizliyindən qaynaqlanmışdı. Həmçinin Rusiyanın işğalçı və aqressiv siyasəti də burada müəyyən qədər rol oynayır. Trampın Ukrayna müharibəsini dayandırması mümkündür. Çünki savaşın sponsorları var və onlar pulu kəsdikdən sonra Zelenski vuruşmağa silah tapmadıqdan sonra necə dirəniş göstərəcək? Zelenski Ukrayna xalqını cəbhələrə töksə belə, onların əlinə öv tüfəngi, qılınc, yaxud dəryəz verəcək? Əgər silah, pul Avropa və Amerikadan gəlirsə, demək ki, müharibəni sponsorlar aparır. Amerika məsələnin hansı formada olmasından asılı olmayaraq bitməsinin tərəfdarıdır. Avropa tərəfi isə guya Ukraynanın maraqları çərçivəsində sülh müqaviləsinin imzalanmasında maraqlıdır”.
T.Abbaslı qeyd edib ki, Trampın verdiyi məlumata görə bu günə qədər Ukrayna savaşına Amerika beş yüz milyard dollara yaxın, yüz milyard dollara yaxın isə Avropa İttifaqı xərc çəkib:
“Amerikanın dəstəyi tamamilə dayandıqdan sonra Zelenskinin heç bir resursu olmayacaq və onun atəşkəsdən başqa yolu qalmayacaq. Zelenskinin küsməyi və inciməyi yersizdir. Çünki müharibə Avropa İttifaqı-ABŞ və Rusiya arasında gedirdi və Zelenski böyük siyasi aktorların əlində piyada rolunu oynadı. Savaşdan ən məğlub vəziyyətdə Ukrayna çıxacaq. Çox güman ki, Amerika Rusiya ilə danışıqlarda razılaşacaq. Atəşkəs imzalanacaq, ordular olduğu yerdə qalacaq və dünyada yeni doldurulmuş münaqişə ocağı yaranacaq. De-fakto Rusiya işğal etdiyi əraziləri də ilhaq edəcək. Məsələn, Yaponiya da, Rusiya da Kuril adalarını hələ də öz əraziləri hesab edirlər, yəni elə bir proses yaranacaq. Fikrimcə, yaxın zamanda Ukrayna və Rusiya arasında Zelenskinin xeyrinə olmayan atəşkəs imzalanacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət
Rusiya və seçkilərlə əlaqədar Ermənistana xüsusi qrup göndərilir
11:35 04.05.2026
Gündəm
Ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb
11:30 04.05.2026
Sağlamlıq
DİN aşkar olunan silah-sursatların sayını açıqladı
10:57 04.05.2026
Hadisə
SEPAH ABŞ-ni hədələdi: Hörmüzə yaxınlaşsanız, vuracağıq
10:41 04.05.2026
Gündəm
KTM: Ötən ay 79 nəfər zəhərlənib, 5-i ölüb
10:31 04.05.2026
Hadisə