Türkiyə prezidenti: “F-35”lər üçün bu günə qədər ABŞ-a 1,4 milyard dollar ödənilib"
18:17 14.07.2019
Siyasət
642
“S-400” müqaviləsi tariximizdə Rusiya ilə bağlanan ən önəmli sazişlərdən biri hesab edilməlidir. Çünki bu, bir ticarət müqaviləsi deyil. Bu mərhələ eyni zamanda bir ortaqlıq və istehsala bərabər keçmə kimi anlaşılmalıdır”.
APA -nın yerli bürosunun məlumatına görə, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan media nümayəndələrinə açıqlaması zamanı bildirib.
Ərdoğan deyib ki, “S-400”ləri almaqla Türkiyə müharibəyə hazırlaşmır, bu sistemin alınması ölkədə sülhün və təhlükəsizliyin təmin edilməsi üçün nəzərdə tutulub.
Türkiyə prezidenti “S-400” sistemləri üzərində nəzarətin tamamilə Türk Silahlı Qüvvələrinin əlində olacağını da vurğulayıb.
Daha sonrakı mərhələdə ortaq istehsal və “S-500”lərlə bağlı Rusiya ilə yeni bir saziş imzalanacağının gözləndiyini də qeyd edib: “Çünki bizə qarşı təhdid mövqeyində olan ölkələr varsa, biz də onlara qarşı müdafiəmizi qurmq məcburiyyətindəyik”.
Prezident həmçinin, “S-400” müqaviləsi ilə əlaqədar rəsmi Vaşinqtonun beşinci nəsil “F-35” döyüş təyyarələri ilə Türkiyəni təmin etməsindən imtina edib-etməyəcəyi məsələsinə də toxunub: “F-35”lər üçün bu günə qədər 1,4 milyard dollar ödənilib. Bir təyyarənin qiyməti 8 milyondur. Bu sadə bir məsələ deyil.
Türkiyə “F-35” proqramından çıxarılarsa, onlar ödənilən məbləği qaytarmaq məcburiyyətində qalacaqlar”.
Qeyd edək ki, “S-400” havadan müdafiə sisteminin Türkiyəyə ilk idxalı iyulun 12-dən başlayıb. Ardınca Rusiyanın 3 yük təyyarəsi ilə sözügedən komplekslər Ankaradakı hərbi hava limanına endirilib. Bu gün isə “S-400”sistemilə bağlı Rusiyadan 7-ci daşınma hava limanına daxil olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial
Cemre Baysel futbolçu ilə eşq yaşayır?
06:26 05.11.2026
Şou