Gürcüstan hakimiyyətinin də Rusiya ilə birgə Köçaryana dəstək verməsi gözlənilir
Ermənistanın eks-prezidenti Robert Köçaryan "Hayastan" bloku tərəfindən baş nazirliyə namizədliyi irəli sürülüb. Rusiyanın dəstək verdiyi R. Köçaryan və iş adamı Samvel Karapetyanın "Güclü Ermənistan" partiyasının Nikol Paşinyana qarşı ciddi şəkildə kampaniya aparacağı gözlənilir.
Siyasi ekspert Məhəmməd Əsədullazadənin “Sherg.az”a açıqlamasına görə, Rusiya hər iki partiyanı dəstəkləməklə Nikol Paşinyanın elektoratini parçalamağa çalışır. Lakin ekspert hesab edir ki, hər iki siyasi təşkilatin Paşinyanın qələbəsinə ciddi maneə yaradacağı mümkün görünmür:
“İyunun 7-də keçiriləcək seçkilərdə N. Paşinyan və R. Köçaryan arasında əsas mübarizə olacaq. Rusiyanın dəstək verdiyi, Qarabağ hərəkatanın davam etməsinin vacibliyini vurğulayan, revanşist kilsə rəhbərliyinin dəstək verdiyi R. Köçaryan və Qarabağ hərəkatına qarşı olaraq, sülhü təbliğ edən N. Paşinyan arasında xalq seçim edəcək. Ümumiyyətlə R. Köçaryanin namizəd olması, N.Pasinyanın qələbəsini şərtləndirən əsas amillərdən biridir. Amma, Rusiya Ermənistanda seçkilərdə təxribatlara əl ata bilər. Ona görə də Avropa İttifaqı Ermənistana missiya göndərəcək”.
M. Əsədullazadə qeyd edib ki, Ermənistan uğrunda Avropa İttifaqı və Rusiya arasında mübarizə yeni müstəvidə davam edəcək: “Türkiyə və Azərbaycan hazırkı N. Paşinyanın qələbəsində maraqlıdır. Gürcüstan hakimiyyətinin də Rusiya ilə birgə Köçaryana dəstək verməsi gözlənilir. Onlar Köçəryanın qələbə qazanmasında maraqlıdır”.