Ukrayna ortada vurnuxur
Yusif Nəzərli
08:34 18.02.2022
Siyasət
1075
Kompromis variant tapmaq qeyri-mümkündür
Rusiyanın şərtlərinə əməl olunsa, ABŞ-ın imici zədələnəcək
NATO Ukrayna məsələsini diplomatik yolla həll etmək üçün bütün vasitələrdən istifadə edir. Ukrayna məsələsi ətrafında de-eskalasiya əlamətləri görmürük.
APA xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq açıqlama verib.
"Rusiyanın sərhəddə işğala hazır qüvvələri var", - Baş katib əlavə edib.
O, bu il NATO-Gürcüstan hərbi təlimlərinin keçiriləcəyini də əlavə edib.
Yaranmış gərginliklə bağlı ”Şərq”ə danışan politoloq Ceyhun Əhmədlinin sözlərinə görə, Moskvanın və Qərbin mövqelərinə baxsaq, bir-birilə tamamilə antaqonist meyarların ortaya çıxdığını görə bilərik.
“Tərəflərin irəli sürdüyü şərtlər içərisində kompromis variantını tapmaq qeyri-mümkün məsələyə çevrilib.
Əvvəllər də Rusiya NATO üzərində çox alçaldıcı şərtlər qoymuşdu. O, Qərbdən Ukraynanın NATO-ya üzvlüyünün mümkünsüzlüyü ilə bağlı yazılı zəmanət istəyirdi. Eyni zamanda Avropadakı geosiyasi arxitekturanın 1997-ci ilə qədərki səviyyəyə qaytarmaqla bağlı tələb irəli sürmüşdü. Bunlar çox ağır şərtlər idi və heç biri yerinə yetirilmədi.
İndi Rusiya tərəfi yenə də kompromis gözləyir. Sergey Lavrov məruzəsində danışıqlar yolu ilə gərginliyin aradan qalxması üçün imkanların tamamilə tükənmədiyini bildirdi. Bu baxımdan Rusiyanın razılaşma əsasında geri addım atacağını düşünə bilərik.
Ancaq Qərb belə bir addım atmaqda maraqlı görünmür. Çünki Rusiyanın şərtlərinin yerinə yetirilməsi ABŞ-ın və Amerikanın imicini zədələmək deməkdir..
Rusiyanın əsas planı onun şərtlərinin yerinə yetirilməsi idi, ancaq olmadı. İkinci plan Ukraynanın federativ dövlətə çevrilərək Donetsk və Luqanskın respublika kimi mövcudluğunu tanıması idi. Rusiya bununla gələcəkdə Ukraynanın idarə olunmasına birbaşa təsir etmək istəyirdi. Ancaq buna nail ola bilmədi. “C” planı isə həmin respublikaların müstəqilliyinə nail olmaqdır. Bu, Rusiya üçün də riskli addımdır. Çünki bu, Minsk razılaşmasından imtina etmək deməkdir. Dövlət Dumasında bu barədə qərar qəbul olunub. Ancaq hələ ki, Putin imzalamayıb. Bütün bunlara baxmayaraq, işğal senarisi yenə də Moskvanın gündəmindən düşməyib”.
Sənan İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
17:41 30.10.2026
Gündəm