"Wall Street Journal": Ərdoğan NATO yerinə Putini seçdi
18:10 15.07.2019
Siyasət
958
"Türkiyə Prezidenti Rusiyanın hava müdafiə sistemini alaraq ittifaqı test edib"
ABŞ-ın nüfuzlu qəzetlərindən "Wall Street Journal" Türkiyənin ötən həftə təslim aldığı "S-400" hava müdafiə sistemi ilə bağlı məqalə dərc edib. Sputnik Azərbaycan "Haber3"ə istinadla xəbər verir ki, məqalədə "Ərdoğan NATO yerinə Putini seçdi. Türkiyə prezidenti Rusiyanın hava müdafiə sistemini alaraq ittifaqı test edib" yazılıb.
Məqalədə yazılıb ki, Türkiyə ABŞ-ın potensial sanksiya xəbərdarlığına baxmayaraq Rusiyadan "S-400" sistemini təslim almağa başlayıb: "Buna ən sadə cavab Türkiyəni "F-35" proqramından çıxarmaqdır. ABŞ rəsmiləri, Türkiyəyə "S-400"-lərin istifadəsində kömək edəcək rus mütəxəssislərin NATO-nun müdafiə sistemlərini araşdırma fürsəti tapa biləcək bir vəziyyətdə olduğunu deyirlər. Ümumiyyətlə, "S-400"-lər NATO təyyarələrini vurub salmaq üçün nəzərdə tutulub".
Məqalədə Tramp ilə Ərdoğan arasında "G-20"-də baş tutan görüşə də yer verilib.
Qeyd edək ki, iyulun 12-si "S-400"lərin Türkiyəyə tədarükü başlayıb. Rusiya istehsalı olan komplekslər Ankara vilayətində yerləşən Mürtəd aviabazasına çatdırılır.
NATO isə artıq bununla bağlı narahatlığını bildirib. ABŞ Türkiyənin "S-400" zenit-raket komplekslərini almasına mane olmağa çalışıb. Vaşinqton artıq Ankaranı sanksiyalarla və "F-35" qırıcısına dair müqaviləyə xitam verəcəyi ilə təhdid edib. Buna baxmayaraq, Rusiya və Türkiyə arasında razılaşma plana uyğun olaraq yerinə yetirilir.
Moskva və Ankara "S-400" komplekslərinin tədarükünə dair müqaviləni 2017-ci ildə imzalayıb. Sənədə əsasən, Rusiya bu sistemlərin dörd divizionunu Türkiyəyə tədarük edəcək.
Türkiyə Belarus və Çindən sonra Rusiya Federasiyasının "S-400" zenit-raket kompleksləri satdığı üçüncü ölkədir. Yaxın vaxtlarda Hindistanın da bu siyahıya qoşulacağı gözlənilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial
Cemre Baysel futbolçu ilə eşq yaşayır?
06:26 05.11.2026
Şou