Xankəndidəki ermənilərə işığı, qazı, pensiyanı biz verməliyik
07:57 18.09.2021
Siyasət
469
Əslində onlar da bunları istəyirlər, çünki rifahları pisdir
REAL Partiyasının icraçı katibi Natiq Cəfərli Azərbaycanın Xankəndi və ətrafında yaşayan vətəndaşlarımızın elektrik enerjisi, qaz və su ilə təminatını öz üzərinə götürməli olduğunu deyib.
Onun sözlərinə görə, Ermənistandan gələn xətlər kəsilməli, əvəzində “Azəriqaz”, “Azərsu”, “Azərenerji” Xankəndi və ətrafına yeni kommunikasiya xətləri çəkməli, erməni əsilli vətəndaşlarımızı həmin xətlərə qoşmalıdır: “Sayğacların quraşdırılması və əhalinin siyahıya alınması baş verməlidir, ödənişlər üçün Xankəndi və digər yaşayış məntəqələrimizdə ödəniş aparatları qurulmalı, manatla ödənişlərin qəbuluna başlanmalıdır. Hətta Xankəndi və ətrafında yaşayan təqaüd yaşında olan erməni əsilli vətəndaşlarımıza pensiya ayrılmalı, onlara bank kartları paylanılmalı, ərazidə bankomatlar quraşdırılmalıdır. Belə addımlarla Xankəndi və ətrafında yaşayan erməni əsilli vətəndaşlarımızı ölkənin kommunikasiya xətlərinə və maliyyə sisteminə inteqrasiya edilməsinin başlanğıcı olacaq. Əgər Ermənistandan qeyri-qanuni gələn xətlər kəsiləcəksə, orada yaşayan insanların bizim sistemə inteqrasiya olmaqdan başqa çarələri qalmayacaq”.
N.Cəfərli qeyd edib ki, elektriki, qazı kimin təmin etməsi Moskvaya fərq etmir:
“Biz erməni əsilli vətəndaşlarımızı dışladıqca, onlar rusun qucağına daha bərk oturacaq və onları o qucaqdan qoparmaq mümkünsüz olacaq. Zatən Kreml o qondarma qurumu de-fakto tanıyıb. Biz aktiv olmasaq, məqamı gəlsə, “rusməramlıların” burnu biz tərəfdən qanasa, həmən “de-jure” də tanıyacaqlar. Bunu istəyirsiniz?!”.
Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, siyasi şərhçi Tural İsmayılov “Şərq”ə açıqlamasında təklifə münasibət bildirib:
“Əlbəttə, Xankəndidə yaşayanlar Azərbaycan vətəndaşlarıdırlar. Bunu Prezident İlham Əliyev də dəfələrlə deyib. Dövlət başçısı bildirib ki, soydaşlarımıza qarşı cinayətdə iştirak etməyən ermənilər Azərbaycanın şəxsiyyət vəsiqəsini əldə edə bilərlər. Əslində Xankəndidə yaşayan ermənilər də bunu istəyirlər. Çünki rifahları pisdir. Fikrimcə, üçtərəfli razılıqdakı şərtlər yerinə yetirildikdən, o cümlədən Qarabağdakı ermənilər oradan çıxarıldıqdan sonra istəyən ermənilərin Azərbaycana inteqrasiyası mümkün olacaq. Biz multikultural dövlətik. Amma Xankəndidə hazırda separatçıların olduğunu nəzərə alsaq, fikrimcə, belə addımları indidən atmaq tezdir”.
Kənan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Termoslar kor edir? - Xəbərdarlıq
06:54 05.05.2026
Sağlamlıq
Kanyenin qızının ilk albomu!
05:35 05.05.2026
Şou
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil