
Xarici, yoxsa daxili mübarizə?
00:23 02.05.2024
Siyasət
323
Gürcüstandakı vəziyyəti qarışdıranlar, xaos yaratmağa çalışanlar başda Fransa olmaqla, Qərb ölkələridir
Gürcüstanda daxili siyasi vəziyyət gərgin olaraq qalır. Qalmaqallı qanun layihəsinin müzakirə olunduğu plenar iclas başa çatdıqdan sonra vəziyyət yenidən gərginləşib. Xüsusi təyinatlılar “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz olaraq Tbilisidə küçələrə çıxanlara qarşı gözyaşardıcı qazdan istifadə ediblər. Qeyd olunub ki, etirazçılar parlament binasına girişləri bağlamamaq tələbini yerinə yetirməkdən imtina etdikdən sonra polis həmin addıma əl atıb. Etirazçılar təhlükəsizlik qüvvələrinə müxtəlif əşyalar, o cümlədən plastik butulkalar atıblar. Nəticədə bir neçə nəfər saxlanılıb. Bundan əvvəl Gürcüstan parlamenti “Xarici agentlər haqqında” qanun layihəsini birinci oxunuşda təsdiqləyib. Gürcüstan Prezidenti Salome Zurabişvili, müxalifət, ABŞ və Qərb ölkələri buna etiraz ediblər. Qərbdə hesab edirlər ki, bu qanun Gürcüstanın Avropa Birliyinə inteqrasiyasına mane olacaq. Avropa diplomatiyasının rəhbəri Jozep Borrell Gürcüstanda “Xarici agentlər haqqında” qanuna dinc etiraz edən nümayişçilərə qarşı zorakılığı qətiyyətlə pisləyib: “Gürcüstan AB üzvlüyünə namizəddir, mən hakimiyyəti dinc toplaşmaq hüququnu təmin etməyə çağırıram. Nümayişləri yatırmaq üçün gücdən istifadə yolverilməzdir”. Gürcü hökuməti isə qanun layihəsini qəbul etdirməkdə israrlı görünür.
AĞ Partiya sədrinin müavini Əhəd Məmmədli "Sherg.az"a açıqlamasında deyib ki, Gürcüstanda daxili-siyasi vəziyyəti qarışdırırlar. Ekspertin sözlərinə görə, Gürcüstandakı vəziyyəti qarışdıranlar, xaos yaratmağa çalışanlar başda Fransa olmaqla, Qərb ölkələri və onların müxalifət düşərgəsində bəslədikləri qüvvələrdir:

"Normal yanaşsaq, "Xarici agent haqqında" qanunda şişirdiləsi, problemə və ciddi qarşıdurmaya çevriləsi heç nə yoxdur. Müxalifətin qanun layihəsinə qarşı etiraz aksiyaları təşkil etməsi, əhalini hökumətə qarşı qaldırmasının səbəbi nədir? "Xarici agent haqqında" qanunu ABŞ özü hələ ötən əsrdə qəbul edib. Fransa da yeni qəbul edib. Hər bir ölkə təbii olaraq özünü xarici agentura şəbəkəsinin təsirindən qorumaq istəyir, bu istiqamətdə addımlar atır. Niyə bu məsələ ABŞ və Avropanı məhz indi narahat etməyə başlayıb? Gürcüstanda küçələrə axışanlar, etiraz aksiyaları təşkil edənlər Qərbin bəslədiyi müxalifət partiyaları və QHT-dir. Elə təsəvvür yaradırlar ki, guya, gürcü xalqı buna qarşıdır. Halbuki hökumət meydanda böyük mitinq keçirdi və aydın oldu ki, hakimiyyəti dəstəkləyən insanların sayı daha çoxdur. Gürcülər öz ölkələrini ABŞ və Avropanın əlində oyuncaq kimi yox, müstəqil, suveren dövlət kimi görmək istəyirlər. Ona görə də hökumət Qərbin bütün təzyiq və təsir rıçaqlarına rəğmən, qanun layihəsini qəbul etdirmək istəyir".
Ə.Məmmədlinin fikrincə, Azərbaycanda bu məsələyə yanaşma yanlışdır: "Qanun layihəsini avtoritar, Rusiyanın Gürcüstanda möhkəmlənməsi kimi təqdim edirlər. Gürcüstan müxalifəti hakimiyyətə gəlsə, birbaşa Qərbin, Fransanın nəzarətində olacaqlar. Qərbin, ələlxüsus Fransanın Azərbaycan əleyhinə yürütdüyü siyasət göz önündədir. İstər-istəməz qonşu Gürcüstan da Ermənistana dəstək verən, ermənilərə silah-sursat daşınan tranzit ölkəyə çevriləcək. Biz bunu istəyirik? Bu məsələdə ehtiyatlı davranmalıyıq. Bakı ilə xoş münasibətdə olan, sıx əməkdaşlıq edən indiki gürcü hökumətinin hakimiyyətdə qalması məhz həmin qanun layihəsinin qəbul olunmasından keçir".
Oxşar xəbərlər
Türkiyə səfiri: "Azərbaycanla münasibətlərimiz tarixdə ən yüksək mərhələni yaşayır"
16:00 11.05.2026
İlham Əliyev: "44 gün ərzində bizə təzyiq göstərənlər arasında nüvə dövlətləri var idi"
14:20 10.05.2026
Xəbər lenti
Hamısına bax
Azərbaycan-Slovakiya hərbi əməkdaşlığı müzakirə olunub
19:31 11.05.2026
Gündəm
Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
19:15 11.05.2026
Dünya
Zelenski ABŞ-la görüş formatlarını müzakirə etdiklərini açıqlayıb
19:10 11.05.2026
Dünya
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya