XİN: İran və İsraildə Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat yoxdur ​​​​

İranda olan 60-dən artıq ölkənin 3400-dən artıq vətəndaşının təxliyəsi ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət olunub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq XİN-dən məlumat verilib.

Məlumata görə, 395 Azərbaycan vətəndaşı İrandan Azərbaycana təxliyə olunub.

XİN-dən o da bildirilib ki, İranda və İsraildə olan Azərbaycan vətəndaşlarının hərbi əməliyyatlar nəticəsində xəsarət alması barədə məlumat yoxdur.