XİN: İranda Azərbaycan vətəndaşlarının xəsarət alması barədə yeni məlumat daxil olmayıb

İranda Azərbaycan vətəndaşlarının xəsarət alması barədə yeni məlumat daxil olmayıb.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı birgə hərbi əməliyyatlara başlayıb. Hücumlar nəticəsində İranın ali rəhbəri Əli Xamenei ilə yanaşı, ölkənin bir çox yüksək rütbəli rəsmisi öldürülüb.

Baş verənlərə cavab olaraq, İran tərəfi ABŞ və İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyatlara başladığını elan edib.