XİN Rasmussenin rəhbərlik etdiyi qrupun hesabatında yer alan iddiaları rədd edir
Yusif Nəzərli
13:57 27.03.2024
Siyasət
592
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Danimarkanın keçmiş Baş naziri və NATO-nun keçmiş Baş katibi Anders Foq Rasmussenin rəhbərlik etdiyi qrupun hesabatında yer alan iddialara münasibət bildirib.
Sherg.az Nazirliyə istinadən xəbər verir ki, Ayxan Hacızadə deyib ki, Danimarkanın keçmiş Baş naziri, habelə NATO-nun keçmiş baş katibi olmuş Anders Foq Rasmussenin rəhbərlik etdiyi “Ermənistanın Dostları Şəbəkəsi” adlı qrup tərəfindən hazırlanmış 21 mart 2024-cü il tarixli “Aİ-Ermənistan münasibətlərinin dərinləşməsi: Ermənistanda daha çox Avropa; Avropada daha çox Ermənistan” adlı hesabatda yer alan Azərbaycan əleyhinə əsassız iddiaları qətiyyətlə pisləyir və rədd edirlər.
“Hesabatda bütün faktların təhrif olunduğu, böhtan xarakterli və tamamilə əsassız müddəalar Azərbaycan əleyhinə aparılan qarayaxma kampaniyasının tərkib hissəsidir. Bu müddəalar, Ermənistanla Avropa İttifaqı arasında münasibətlərin dərinləşdirilməsinə yönəldiyi iddia olunan sözügedən hesabatla bağlı ciddi suallar doğurur. Əslində bu, absurd təbliğatdan başqa bir şey deyil.
Bundan əlavə, hesabatın ermənipərəst hekayələrin təbliğatı məqsədilə Ermənistan hökuməti ilə gəlirli sövdələşməyə uyğun olaraq hərəkət edən sözügedən erməni lobbi qrupu tərəfindən 5 aprel tarixində keçiriləcək ABŞ-Aİ-Ermənistan üçtərəfli konfransı ərəfəsində ictimaiyyətə açıqlanması, sözügedən hesabatın və onu imzalayan sabiq rəsmilərin əsl niyyətlərini üzə çıxarır.
Açıq mənbələrdən əldə edilən maliyyə sənədləri sübut edir ki, Anders Rasmussen öz lobbi şirkəti “RasmussenGlobal”ı tanıtmaq və şübhəli lobbiçilik və təsir xidmətləri göstərmək üçün NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə davam edir. Ermənistan Respublikası hökuməti onun müştərisi kimi, “çox düşünülmədən təsdiqlənmiş” bu hesabata görə yüz minlərlə ABŞ dolları xərcləyib.
Maraqlıdır ki, Azərbaycanın Ermənistanın ərazi bütövlüyü və suverenliyinə təhdid törətməkdə ittiham olunduğu bu hesabatın həmmüəlliflərindən bəziləri böyük şövqlə müdafiə etdikləri Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən işğal və etnik təmizləmənin birbaşa şahidi olublar.
Biz qəti şəkildə, sözügedən birtərəfli mövqenin, eyni zamanda, bütün mövcud faktlara heç bir məhəl qoyulmamasının Ermənistandakı revanşist qrupları Azərbaycana qarşı daha radikal mövqe tutmağa sövq etməklə yanaşı, cəmiyyətdə “Qərbin” sülh prosesində Ermənistanın qeyri-konstruktiv mövqeyini dəstəklədiyi illüziyası yaratdığı qənaətindəyik”, - XİN rəsmisi vurğulayıb.
Ayxan Hacızadə qeyd edib ki, Ermənistan hökumətinin maliyyələşdirdiyi təbliğat kampaniyaları bir daha Ermənistan tərəfinin regional sülh gündəmi ilə bağlı səmimi olmadığını nümayiş etdirir: “Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi Avropa təsisatları da daxil olmaqla, müəyyən dar düşüncəli siyasətçilər vasitəsilə bahalı və mənasız böhtan kampaniyalarının aparılması regional sabitliyə və sülh quruculuğu səylərinə xidmət etmir. Bunun əvəzinə, Ermənistan hökuməti və erməni lobbi qrupları regionda əsl sülh gündəminin təşviqinə diqqət yetirməlidirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol