XİN rəsmisi: “Ermənistan təxribatlardan çəkinməlidir”
Yusif Nəzərli
10:09 15.10.2022
Siyasət
408
“Ermənistan rəsmiləri nəhayət anlamalıdır ki, birinci növbədə öz ölkələrində sabitliyi təmin etmək üçün təxribatlardan çəkinməli, qonşu ölkələrlə normallaşma və sülh istiqamətində konkret addımlar atmalıdırlar. Bunun başqa yolu mövcud deyil”.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva yerli KİV-in sualını cavablandırarkən deyib.
Onun sözlərinə görə, Azərbaycan birinci dəfə deyil ki, Ermənistan rəsmilərinin tamamilə əsassız, yalan məlumatları ilə üzləşir:
“44 günlük müharibə zamanı Ermənistan tərəfinin yalan və saxta məlumatlarla ictimaiyyəti yanıltmaq cəhdlərinin nə ilə nəticələndiyini yaxşı xatırlayırıq. Bildiyiniz kimi, 12-14 sentyabr tarixli toqquşmalarda Azərbaycan Silahlı Qüvvələrinin itkiləri ilə bağlı rəsmi məlumat Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilib. Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatının qarşısının alınması zamanı 80 hərbi qulluqçumuz şəhid olub. Azərbaycan Müdafiə Nazirliyi, Ermənistan Müdafiə Nazirliyindən fərqli olaraq hərbi toqquşmalar zamanı həlak olan hərbi qulluqçularımız barədə məlumatı tam açıq və adbaad siyahının göstərilməsi ilə təqdim edir və bu siyahı Müdafiə Nazirliyinin internet səhifəsində yerləşdirilib. Şəhidlərimiz bizim qürur mənbəyimizdir, onların dəfn mərasimləri böyük izdihamın, ictimaiyyət nümayəndələrinin, o cümlədən dövlət rəsmilərinin iştirakı ilə keçirilir, KİV tərəfindən geniş işıqlandırılır. Bir daha vurğulamaq istərdik ki, Ermənistandan fərqli olaraq, Azərbaycan tərəfinin hərbi qulluqçularının itkiləri ilə bağlı təqdim etdiyi məlumatlar heç bir şübhə doğura bilməz”.
“Görünən odur ki, Ermənistan rəsmiləri yalan məlumatlar yaymaqla, manipulyasiyalar yolu ilə cəmiyyətdə mövcud olan narazılıqlara, xüsusilə də övladlarını itirən qəzəbli valideynlərə təsir etmək istəyir. Ordusunun səriştəsizliyini ört-basdır etmək istəyən, ölkədaxili gündəmi eybəcər üsullarla dəyişməyə çalışan Ermənistan rəsmiləri nəhayət anlamalıdır ki, birinci növbədə öz ölkələrində sabitliyi təmin etmək üçün təxribatlardan çəkinməli, qonşu ölkələrlə normallaşma və sülh istiqamətində konkret addımlar atmalıdırlar. Bunun başqa yolu mövcud deyil”, - L.Abdullayeva əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə
“Maraqlar toqquşması haqqında” qanun layihəsi hazırlanıb
11:29 28.10.2026
Gündəm
Azərbaycan lideri Çex Respublikasının Prezidentini təbrik edib
11:10 28.10.2026
Gündəm
Türkiyə bayrağını və Atatürkü təhqir edən müəllim saxlanılıb
10:25 28.10.2026
Hadisə
Rusiya bir gecədə 531 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
09:57 28.10.2026
Dünya
Paşinyanın bəyanatı hakim partiyada narahatlıq yaradıb
09:46 28.10.2026
Gündəm