XİN: "Rusiya Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətdən narahatdır"
15:04 05.08.2021
Siyasət
454
“Rusiya Ermənistan-Azərbaycan sərhədində silahlı insidentlərin artmasından narahatdır. Bu insidentlərin hər iki tərəfdən insan ölümləri ilə müşayiət olunması xüsusi təşviş doğurur. Təəssüf ki, gərginlik hələ azalmağa doğru getmir”.
“Report”un Rusiya bürosu xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat departamentinin direktor müavini Aleksandr Bikantov bildirib.
Diplomat deyib ki, bütün məsələləri yalnız sülh yolu və siyasi-diplomatik vasitələrlə həll etmək lazımdır: “Rusiya bundan sonra da Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin normallaşması prosesinə, o cümlədən sərhədlərin delimitasiya və demarkasiya üzrə birgə işlərin görülməsinə öz töhfəsini verməyə hazırdır. Bu, Cənubi Qafqazı sabitlik zonasına çevirməyə yardım edəcək”.
Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya sülhməramlılarının Ermənistan-Azərbaycan sərhədi boyunca yerləşdirilməsi təklifini şərh edərkən A.Bikantov qeyd edib ki, problemlərdən biri sərhədlərin demarkasiyasının həyata keçirilməməsidir: “Rusiya bu mövzuya xüsusi diqqət ayırır, vasitəçilik səyləri göstərir.
Sərhəd boyunca sərhədçilərin yerləşdirilməsi ilə bağlı problemlərdən biri sərhədlərin demarkasiyasının həyata keçirilməməsidir. Rusiya Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyasının ardınca demarkasiyasının həyata keçirilməsinin və tezliklə bu işə start verilməsinin tərəfdarıdır”.
XİN nümayəndəsi çox vacib humanitar mövzu olan Qarabağdakı tarixi-mədəni irs məsələsinin vaciliyini vurğulayıb: “Vəziyyəti yerində qiymətləndirə biləcək UNESCO missiyasının tezliklə təşkil edilməsini hər vəchlə dəstəkləyirik. Problem ATƏT-in Minsk qrupunun diqqət mərkəzindədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Speys TV ilə bağlı yayılan məlumatlara reaksiya
23:13 29.07.2026
Media
Əhməd Davudoğlu siyasətdən getdiyini açıqlayıb
22:34 29.07.2026
Gündəm
"Lobbilər ABŞ-Türkiyə münasibətlərini hədəfə alıb" - Ali Satan
21:33 29.07.2026
Gündəm
İran Ukraynaya cavab versə, böyük diplomatik səhv olar - Politoloq
21:18 29.07.2026
Gündəm
Qazaxıstan və ABŞ strateji tərəfdaşlığı müzakirə edib
21:05 29.07.2026
Dünya
Ukrayna Rusiya ərazilərinə bu yolla zərbələr endirib - FT
20:53 29.07.2026
Dünya
Azərbaycan Peru Prezidentinin andiçmə mərasimində təmsil olunub
20:22 29.07.2026
Siyasət
Esmira Cəfərova Macarıstana səfir təyin edilib
20:09 29.07.2026
Rəsmi
Brahim Diaz "Milan"a qayıda bilər
20:02 29.07.2026
Futbol
AKP 25 illik yubiley loqosunu təqdim etdi
19:25 29.07.2026
Gündəm
ABŞ-nin neft ehtiyatları 7,2 milyon barel azalıb
19:15 29.07.2026
İqtisadiyyat
İran KİV: ABŞ-Səudiyyə zərbələri nəticəsində 4 SEPAH hərbçisi ölüb
19:07 29.07.2026
Dünya
İstanbulda rus turisti küçədə təqib edən şəxs saxlanıldı
18:58 29.07.2026
Hadisə
Netanyahu Zelenski ilə görüşdən imtina etdi
18:40 29.07.2026
Dünya