Yanq Borq: Azərbaycanla Ermənistan arasındakı delimitasiya prosesini yaxşı qarşılayırıq
Yanq Borq: Azərbaycanla Ermənistan arasındakı delimitasiya prosesini yaxşı qarşılayırıq
09:51 14.05.2024
Siyasət
320
"Azərbaycanda olmağa şadam. Bu mənim ATƏT-in fəaliyyətdə olan sədri kimi ölkəyə ilk səfərimdir".
Bunu Bakıda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri və Maltanın xarici işlər və ticarət naziri Yan Borq Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, ATƏT bu gün müəyyən çağırışlarla üzləşir: "Rusiyanın Ukraynaya qarşı müharibəsi bu çağırışlar arasında ilk sıradadır və ümumilikdə sözügedən münaqişə bütövlükdə regiona təsir edir. Ancaq biz hesab edirik ki, təşkilatın – ATƏT-in bu çağırışlara cavab verməyə gücü var”.
Yanq Borqun sözlərinə görə, Malta da çoxtərəfliliyi, dialoqu, konsensus əsasında qərarların alınmasını dəstəkləyir: “Biz bütün iştirakçı dövlətlərin səylərinə arxalanaraq inanırıq ki, onlar öz siyasi iradələrini konsesus əsaslı məsələlərdə ifadə edəcəklər".
ATƏT sədri Azərbaycan XİN rəhbəri ilə görüşdə müzakirə olunan məsələlər barədə də məlumat verib.
"Biz münaqişədən sonra Azərbaycanın Ermənistanla münasibətlərini, təhlükəsizlik və humanitar məsələləri müzakirə etdik, eyni zamanda, danışıqlarda Azərbaycanın mövqeyini, ölkənin üzləşdiyi çağırışlar ətrafında fikir mübadiləsi apardıq. Dayanıqlı və hərtərəfli sülhün əldə olunması ATƏT üçün də əsas prioritetdir. Və bu istiqamətdə praqmatik və bərabərhüquqlu danışıqlar vacibdir.
ATƏT olaraq biz həmçinin delimitasiya prosesinin başlamasını yaxşı qarşılayırıq və düşünürük ki, bu proses qarşıdakı aylarda da davam edəcək. Uzunmüddətli sülh üçün dialoq vacibdir. Dünən İrəvandakı görüşlərimdə də qeyd etdim ki, danışıqlar yaxşı niyyətlə aparılmalıdır ki, həll yolları tapılsın”.
Diplomat onu da vurğulayıb ki, ATƏT sədri kimi praqmatik yanaşmaları dəstəkləyəcək: “Ölkələr öz xalqlarının gələcəyi naminə işləməlidir".
Yanq Borq ekologiya və iqlim təhlükəsizliyi məsələləri ilə bağlı COP29-a ev sahibliyi edəcək Azərbaycanla işləyəcəklərini qeyd edib:
"Qonaqpərvəlik üçün təşəkkür edirəm və əməkdaşlıqda sizin dəstəyinizə etimad edirik".
Oxşar xəbərlər
Türkiyə səfiri: "Azərbaycanla münasibətlərimiz tarixdə ən yüksək mərhələni yaşayır"
16:00 11.05.2026
İlham Əliyev: "44 gün ərzində bizə təzyiq göstərənlər arasında nüvə dövlətləri var idi"
14:20 10.05.2026
Xəbər lenti
Hamısına bax
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya