“Yeni sanksiyalar İranın aqressiyasına təsir göstərməyəcək”
“Yeni sanksiyalar İranın aqressiyasına təsir göstərməyəcək”
Yusif Nəzərli
13:07 05.11.2022
Siyasət
414
“Burada sanksiyaların əksinə, rəsmi Tehranın daxilindəki siyasi prosesləri izləmək və oradakı Azərbaycanlılara dəstək vermək lazımdır”
“Cənublu qardaşlarımızın və İranın daxilindəki demokratik proseslərin dünya dövlətləri tərəfindən dəstəklənməsi işə fayda verə bilər"
G7 xarici işlər nazirləri İranı məsuliyyətə cəlb etmək istəyir.
Buna səbəb kimi 2020-ci ilin yanvarında İran tərəfindən “Boeing” təyyarəsinin vurulmasıdır.
Bu barədə G7 ölkələrinin xarici işlər nazirlərinin birgə bəyanatında qeyd edilib.
Bəyanatda həmçinin İran dövlətlərə və qeyri-dövlət subyektlərinə pilotsuz təyyarələrin ötürülməsində ittiham olunub.
Həmçinin, həbs olunan etirazçıların azad edilməsi ilə bağlı İrana çağırış edilib. G7-nin xarici işlər nazirləri İran tərəfindən ikili vətəndaşlığı olan və xarici vətəndaşların saxlanmasını da pisləyib.
Eyni zamanda, İranın nüvə silahı əldə etməsinə yol verilməməsi barədə qərar verilib.
İran həmçinin Nüvə Silahlarının Yayılmaması Müqaviləsi çərçivəsində Beynəlxalq Atom Enerjisi üzrə Agentliklə “qeyri-kafi əməkdaşlıqda” ittiham edilib.
G7 hesab edir ki, İran nüvə sazişinin bərpası üçün lazımi şərtləri yerinə yetirməyib.
İqtisadi sanksiyaların dünya siyasətində çox önəmli effekti olmadığını deyən Azərbaycan Demokrat Partiyasının sədr müavini, politoloq Həsrət Rüstəmov “Sherg.az”a açıqlamasında vurğulayıb ki, belə sanksiyalarla, ciddi siyasi nailiyyətlərin əldə olunacağını düşünmür:
“Məsələn, Rusiyaya qarşı sanksiyaları götürsək, artıq 1 ilə yaxındır ki, davam edir. Lakin öz məqsədinə çataraq, Kremli çökdürə bilməyib. Doğrudur, Rusiyaya ziyan dəydi. Amma bu ziyan təkcə şimal qonşumuza deyil, sanksiyaları tədbiq edən ölkələrə də təsir göstərdi. Bu baxımdan yanaşdıqda İrana qarşı yeni sanksiyaların effekti azdır.
Onsuz da onlar uzun müddətdir, təcrid olunmuş vəziyyətdədir. Yəni yeni sanksiyalar, İranın aqressiyasına təsir etməyəcək. Burada sanksiyaların əksinə, rəsmi Tehranın daxilindəki siyasi prosesləri izləmək və oradakı Azərbaycanlılara dəstək vermək lazımdır. Necə ki, Azərbaycan prezidenti də bu istiqamətdə bəyanat verdi, hökumət də qiyabi fəaliyyətə keçməlidir.
Bu baxımdan da cənublu qardaşlarımızın və İranın daxilindəki demokratik proseslərin dünya dövlətləri tərəfindən dəstəklənməsi işə fayda verə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət
Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir
13:02 01.05.2026
Gündəm