“YUNESKO Ermənistana lazımi reaksiyanı göstərməlidir” - İkili standartlara son!
Banuçiçək Kalbalıyeva
08:23 25.08.2021
Siyasət
593
Prezident İlham Əliyev avqustun 24-də BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul edib. Dövlət başçısı çıxışı zamanı YUNESKO ilə münasibətlərdən danışıb: “Bildiyiniz kimi, YUNESKO ilə də təmasdayıq. Biz YUNESKO-nu, demək olar ki, 30 ilə yaxındır gözləyirik. Bilmirəm bunu bilirsiniz ya yox biz, bir neçə il bundan öncə hələ işğal dövründə, YUNESKO-nu buraya səfər etməyə və bizim ərazilərdə nələrin törədildiyini görməyə dəvət etmişdik.
Çünki, ATƏT-in Minsk qrupu işğal olunmuş ərazilərə artıq iki faktaraşdırıcı missiya göndərmişdi. Biz onlardan yenidən bir missiya göndərməyi xahiş etdik, lakin onlar göndərmədilər. Biz YUNESKO-dan tarixi abidələrimizə erməni təcavüzkarları tərəfindən dəymiş ziyanı gəlib görməyi xahiş edirdik, lakin onlar imtina etdilər. YUNESKO rəsmiləri dedilər ki, YUNESKO siyasi məsələlərə qarışmır. Lakin, müharibə bitdikdən sonra YUNESKO tərəfindən onların gəlmək istədiyinə dair siqnallar aldıq. Əlbəttə, biz öz təəccübümüzü bildirdik. Çünki, demək olar, 30 il idi ki, biz onları çağıranda gəlmirdilər. Müharibədən sonra isə gəlməyə qərar verdilər. Buna görə biz buna razılaşdıq və mənim də bildiyim qədər son məlumat belə idi ki, missiya artıq yaradılıb, amma indi Ermənistan yenə etiraz edir. Buna görə yenə də missiya gecikir”.
Millət vəkili Cavid Osmanov bu barədə “Sherg.az”a münasibət bildirdi:
“Prezident BMT-nin yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edərkən bir çox mühüm məqamlara toxundu.
Eyni zamanda işğal dövründə erməni vandalizmi, düşmənlərin mülki obyektləri, məscidləri dağıtdıqları diqqətə çatdırıldı.
O da vurğulandı ki, indiyədək YUNESKO-nu fakt araşdırıcı missiyasını yerinə yetirməkdən ötrü Qarabağa dəvət etsək də, qurum müxtəlif bəhanələrlə bundan imtina etmiş, “Biz siyasi məsələlərə” qarışmırıq demişdi. Azərbaycanın qələbəsindən sonra YUNESKO torpaqlarımıza gəlmək barədə mesaj verdi. Qəbul etdik.
Amma yenə də gəlmədilər. Çünki Ermənistan etiraz etdi. Hərçənd düşmənin bunun üçün heç bir hüquqi əsas yoxdur”.
C.Osmanovun fikrincə, bu, ölkəmizə qarşı qərəzli mövqedən xəbər verir:
“Görünür, ermənipərəst qüvvələr öz işlərini görürlər. Bəzi beynəlxalq qurumlar, o cümlədən YUNESKO ikili standartlardan çıxış edir. Biz də zaman-zaman buna məruz qalırıq. Çünki Aəzrbaycanın müstəqil siyasət yeritməsini istəmirlər. Amma rəsmi Bakının istənilən beynəlxalq qurumu, o cümlədən YUNESKO-nu ölkəmizə dəvət etməyə haqqı var.
YUNESKO bu işlərlə məşğul olan təşkilat kimi torpaqlarımıza gəlməli, vandalizmlə tanış olmalı və Ermənistana lazımi reaksiyanı göstərməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kobaxidze: Gürcüstan ATƏT-in tövsiyələrini nəzərə almayacaq
17:41 16.03.2026
Region
İran XİN: Yaxın Şərq ölkələrinə müharibə elan etməmişik
17:25 16.03.2026
Gündəm
Hörmüz boğazında 5 minlik qüvvə yetərli deyil - Rasim Musabəyov
16:53 16.03.2026
Müsahibə
AYNA: "Brutto müqavilə" sisteminin bu il tətbiqi nəzərdə tutulub
16:27 16.03.2026
Gündəm
“Azərsüd” mükafat qazanıb
16:04 16.03.2026
Ölkə
Göyərçinləri yemləyən 4 yaşlı uşaq həyatını itirdi
16:02 16.03.2026
Hadisə
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
15:45 16.03.2026
Mədəniyyət
ABŞ-nin şərtləri İran rejimi üçün intihar deməkdir - ŞƏRH
14:29 16.03.2026
Gündəm
Dava neft davasıdır: Yaxın Şərqdə savaşın taleyi həll olunur
13:21 16.03.2026
Aktual
Rusiyada "Telegram"ın bloklanmasına başlanılıb
13:16 16.03.2026
Dünya
Xaçmazda təqaüdçülərin kartlarını talayan şəxs tutulub
13:11 16.03.2026
Hadisə