Zaxarova səmimi deyil! - “Soçidə Zəngəzur dəhlizinin adı çəkilmədi”
Zaxarova səmimi deyil! - “Soçidə Zəngəzur dəhlizinin adı çəkilmədi”
Yusif Nəzərli
12:33 10.12.2021
Siyasət
947
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə çıxış edib. O, Rusiyanın rəsmi Bakı və İrəvanla daim təmasda olduğunu bildirib. Eyni zamanda M.Zaxarova üçtərəfli razılaşmaların,o cümlədən sərhəd mübahisələrinin həlli və Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılmasına dair məsələlərin icrası üzərində işlədiyini bəyan edib.
M.Zaxarova Azərbaycan-Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiyanın yaradılması istiqamətində işin aparılmasının vacibliyini vurğulayıb. XİN rəsmisi Moskvanın bu məsələ üzrə iki ölkənin milli nümayəndə heyətlərinin tezliklə formalaşmasını gözlədiyini söyləyib.
Maraqlıdır, sözügedən nümayəndə heyətlərinin formalaşması hansı səbəblərdən gecikir? Rusiya bu istəyində nə dərəcədə səmimidir?
Mövzunu “Sherg.az”a şərh edən analitik Turab Rzayev söyləyib ki, Soçi görüşündən sonra da Ermənistanın masaya ancaq Rusiyanın təzyiqi ilə əyləşdiyinin şahidi olduq:
“Burdan çıxan yekun bəyanat da rəsmi İrəvanın könüllü istədiyi sənəd deyildi. Həmin görüşdə həm delimitasiya və demarikasiya, həm də dəhliz məsələsində onun üzərinə götürdüyü öhdəliklər aydın ifadə olunmayıb. Məsəl üçün, bir müddəda dəhlizin əvəzinə nəqliyyat kommunikasiya xətlərinin açılması yazılıb. Belə görünür ki, rəsmi İrəvan heç bu müddəanı da tanımayacaq”.
Ekspert Rusiyanın bu məsələdə nə qədər səmimi olduğunu dəqiq təxmin etməyin çətin olduğunu deyib və 10 noyabr bəyanatına diqqət çəkib:
“Bəyanata Zəngəzur dəhlizinin açılması eləcə də ordakı silahlı ermənilərin silahlaşsızdırılması ilə bağlı müddəalar daxil edilib. Bir ildən çox vaxt keçməsinə baxmayaraq bunların yerinə yetirilmədiyini görürük. Hətta Soçi görüşündə rəsmi Moskva ortaya açıq mövqe qoyub Zəngəzur dəhlizinin adını çəkmədi. Burada hansı səmimiyyətdən söhbət gedə bilər?”.
T.Rzayev Zaxarovanın brifinqdəki nitqinə toxunub:
“Aydın məsələdir ki, kommisiyanın formalaşması üçün Rusiya tərəfi özü təklif verməli idi. İndiyə qədər o bu yöndə addım atmayıb.Əgər bunun əksi olsa idi, diplomat çıxışında biz lazımlı tədbirləri görmüşük indi isə partnyorlardan cavab gözləyirik deyərdi.Rəsmi Moskva ilk addımı atmadan tərəflərdən nəsə gözləyir”.
Analitik hazırkı şəraitdə bu yöndə Azərbaycanın eləcə də rəsmi İrəvanın ilk addımı ata bilməyəcəyini deyib və səbəbini açıqlayıb:
“Biz bununla bağlı addım atıb komissiyaya müraciət edə bilərik.Amma Ermənistanla birbaşa əlaqələrimiz olmadığından bunu yalnız Rusiyanın vasitəçiliyi ilə həyata keçirmək şansımız var. Ermənistanın isə marağında olmadığı üçün komissiya yaradılmasını təklif etmir. Belə olduqda bu işin bütün məsuliyyəti rəsmi Moskvanın üzərinə düşür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb
14:26 04.05.2026
Hadisə
Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir
14:24 04.05.2026
Aktual
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət