Zərif də anlayıb! - "İran ciddi geopolitik səhvə yol verib”
Banuçiçək Kalbalıyeva
11:20 26.05.2021
Siyasət
581
“Cavad Zərifin Azərbaycana səfəri elə bir ciddi yeniliklə diqqəti çəkmədi. Eyni zamanda ölkə arasındakı münasibətləri fərqli istiqamətlərə götürə biləcək nəticə ilə də müşayət olunmadı”. Bu sözləri İran xarici işlər nazirinin Azərbaycana səfəri barədə fikir bildirən siyasi analitik Elçin Xalidbəyli deyib.
O, məsələ barədə daha ətraflı “Sherg.az”a danışdı:
“Bu səfər daha çox İran generallarının Ermənistana qalmaqallı səfərinin kölgəsində qaldı. Ola bilsin ki, səfərin reallaşdırılmasında iranlı generalların İrəvanda müzakirə etdikləri məsələlərlə də müəyyən əlaqəsi var.
Ermənistan mətbuatı iranlı generalların rəsmi İrəvana hərbi dəstək təklif etdiklərini iddia edirdi. Belə bir təklif olunsa, bu, Azərbaycanla münasibətlərə zərbə vura biləcək davranışdır. Əlbəttə, sözügedən mövzunun gündəmdə olması İrana da, Ermənistana da sərf etmir.
Ona görə də məsələni qapatmaq üçün sonradan tamamilə fərqli iddialar gündəmə gətirildi. Ermənistan mətbuatı iddia etdi ki, guya iranlı generallar savaş dövründə İrana keçmiş 160 erməni hərbçinin taleyini müzakirə etmək üçün İrəvana gediblərmiş”.
E.Xalidbəylinin fikrincə, səfərin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya gəlişi ilə əlaqəsi yoxdur:
“Böyük ehtimalla İran da, Ermənistan da ciddi geopolitik səhvə yol verdiklərini gec də olsa, anladılar. Xüsusilə, İran özünü olduqca çətin vəziyyətə salmış oldu.
Çünki bundan sonra siyasi-diplomatik təmaslar zamanı İran generallarının İrəvan səfəri mütləq diqqətdə saxlanılacaq. Ona görə də Cavad Zərifin səfərində məqsəd həmin məsələlərlə bağlı Azərbaycan tərəfinə müəyyən izahat vermək də ola bilərdi.
Hətta Ermənistan mətbuatının məlumatlarını təkzib edən daha mötəbər informasiyanın rəsmi Bakıya təqdim edilə biləcəyi də istisna deyil. Yəni İran xarici işlər nazirinin Bakı səfərini istənilən halda, iranlı generalların İrəvan səfəri ilə əlaqələndirmək lazım gəlir.
Bu səfərin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın gözlənilən Bakı səfərindən öncəyə təsadüf etməsi isə o qədər də böyük əhəmiyyət daşımır.
Çünki Azərbaycan-Türkiyə münasibətlərində İran faktoru hansısa ciddi təsirə malik deyil. C.Zərifin Bakı səfəri də Türkiyə ilə bağlı heç bir məsələyə təsir göstərə bilməz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: İsrailin bu siyasəti Hitlerin siyasətindən fərqlənmir
23:07 10.04.2026
Dünya
Ərdoğan ICAPP-ın Qadın Qolunun toplantı iştirakçılarını qəbul edib
22:00 10.04.2026
Region
Tramp: İranlılar bu gün yalnız danışıqlara görə sağdır
21:47 10.04.2026
Gündəm
Orban: Ukrayna NATO-ya üzv ola bilməyəcək
21:34 10.04.2026
Dünya
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
21:23 10.04.2026
Dünya
ABŞ danışıqlar masasında güc kartını oynayır - ŞƏRH
21:15 10.04.2026
Siyasət
Tatlısəsin görüntüləri yayıldı: Ərdoğan ziyarətə adam göndərdi
20:14 10.04.2026
Mədəniyyət
Didye Deşam "Real"ın baş məşqçisi ola bilər
20:00 10.04.2026
Futbol
İsrail Makronu Livanla danışıqlara buraxmaqdan imtina edib
19:50 10.04.2026
Dünya
Tramp “dünyanın ən güclü yenidən qurulması” barədə açıqlama verdi
19:27 10.04.2026
Gündəm
ABŞ-la danışıqlara Pezeşkian özü getdi
19:25 10.04.2026
Dünya
Cənubi Qafqazda sabitlik Azərbaycanın sayəsində qurulur - ŞƏRH
18:45 10.04.2026
Gündəm
Azərbaycan-Çin hərbi əməkdaşlığı müzakirə oklunub
18:17 10.04.2026
Dünya