İstanbul Böyükşəhər Bələdiyyəsinin hazırda həbsdə olan keçmiş sədri Əkrəm İmamoğlu 17 il üzv olduğu Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verdiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin "Cümhuriyət" qəzeti məlumat yayıb.
İmamoğlu istefasının səbəbi haqqında bunları qeyd edib: "17 illik Cümhuriyyət Xalq Partiyası üzvlüyümdən istefa verirəm. Bu qərar ölkəmizin gələcəyinə dair inandığım dəyərlərə və millətimizə qarşı daşıdığım məsuliyyətin bir nəticəsidir. Bu günə qədər birlikdə işlədiyim və çiyin-çiyinə addımladığım bütün həmkarlarıma təşəkkür etmək istəyirəm. Bu gün birlikdə Türkiyə üçün daha güclü, daha demokratik və daha ümidverici bir gələcək qurmaq üçün yeni bir yol açırıq. Sizi bu səyahətin bir hissəsi olmağa, birlikdə ümid yaratmağa və gələcəyi birlikdə qurmağa dəvət edirəm".