Medvedyev Almaniyaya xəbərdarlıq etdi

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Almaniya hakimiyyəti Rusiya ilə birbaşa qarşıdurmaya cəhd etməkdənsə, ağlını başına yığmalı və daha balanslı bir kurs seçməlidir.

Teleqraf xəbər verir ki, o, bu barədə "RT"-yə müsahibəsində deyib.

"Düşünürəm ki, onlar ölkəmizlə birbaşa qarşılaşmağa çalışmaqdansa, ağılllarını başına yığmalı və daha balanslı bir yol tutmalıdırlar", - deyə o, bildirib.