Ünvanlı sosial yardım dekabr ayı üçün hər zamankından daha tez ödəniləcək.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Məlumatda bildirilib ki, dekabr ayının sosial yardımları bayramla əlaqədar olaraq hər zamankından daha tez - dekabrın 22-nə kimi ödənilib yekunalaşacaq.
Qeyd edək ki, ünvanlı sosial yardım adətən ayın sonlarında - 25-indən sonra ödənilməyə başlanılırdı.