Aparılan araşdırmalar göstərir ki, yatmazdan əvvəl telefonlarından istifadə edən yeniyetmələrin yuxuya getməsi üçün əlavə yarım saat vaxt lazımdır.
Sherg.az xəbər verir ki, “Adolescent” sağlamlıq jurnalında dərc edilən araşdırmaya görə, gənclərin axşamlar video oyunlar oynayaraq, dostları ilə mesajlaşaraq və ya sosial şəbəkələrdə gəzərək keçirdikləri hər an yuxuya getmələrini gecikdirir. Məlumdur ki, uşaq və yeniyetmələrdə yuxu olmaması piylənməyə, öyrənmə çətinliyinə və psixi sağlamlıq problemlərinə səbəb olur.