Zaman keçdikcə insanların bayram günlərin yanaşması. Düzdür, Azərbaycanın ərazi bütövüyünü tam bərpa etməsi Dünya azərbaycanlılarının Həmrəylik Gününü iki qat bayrama çevirdi. Amma yenə nə isə əksik idi.
Son illər sanki bayram günlərindəki adətlər yoxa çıxır. Artıq bayramlaşmaq üçün qohum-qonşu ziyarət etmək nadir hallarda baş verir. İndi nə kimsə qonaq qarşılamaq, nə də bir yerə getmək istəyir.
Maraqlıdır, səbəb nədir? İnsanlar dəyişib, yoxsa zəmanə?
Mövzu ilə bağlı “Sherg.az” a açıqlama verən sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, cəmiyyətdə, insanlar arasında ünsiyyət, kommunikasiya azalır, etinadsızlıq artır:
"Bunun da əsas səbəbi mənəvi dəyərlərə lazımı diqqət verilməməsi, mənəvi dəyərləri aşındıran, arxa plana keçirən fəaliyyətin get-gedə daha geniş yayılmasıdır. Əsrlər boyu babalarımız belə proseslərə həssas olmuş, mənəviyyata ziyan gətirən fəaliyyətlərə tabu qoymuşlar. Digər amillər sırasına iqtisadi imkanları da aid etmək olar. Mədəniyyət, iqtisadiyyat sistemlərimiz elə inkişaf etməlidir ki, əhalinin güzəranı yaxşılaşsın, ovqatını yüksəlsin. İnsanların bir çoxu bu bayramı həqiqi “yeni il” hesab etmir. Amma digər səbəblər olmasa idi, Həmrəylik Gününü daha təntənə ilə qeyd edə bilərdik”.