Hər zaman ideal evlilik, ideal evlilik yaşı, evliliyin müsbət və mənfi yanları kimi məsələlər subaylar üçün çaşqınlıq yaradır. İdeal karyerasını və ictimai həyatını yaşamağa çalışan fərdlər evlilik haqqında düşündükləri suallara cavab tapmağa çalışırlar. Maraqlıdır, evlilikdə qadınla kişi arasında yaş fərqi neçə olmalıdır?
Məsələ ilə bağlı "Sherg.az"a danışan psixoloq Elmir Əkbər bildirib ki, insanlar arasında müəyyən bir mütənasiblik olmalıdır ki, təbiətdə hər fərd özünə tən olan biri ilə münasibət qusun:
“İnsanlar arasında müəyyən bir mütənasiblik olmalıdır ki, ailə sağlam sütunlar əsasında qurulsun. Evlilikdə kişi və qadın arasındakı yaş fərqi insanın düşüncəsinə, zahiri görkəminə təsir göstərir. Günümüzdə qadınlar özünə qulluq, prossedur və əməliyyatlarla daha gənc qalaraq zamanı aldatmağı bacara bilir. Ancaq kişilərdə bu belə deyil. Belə ki, qadının yaşı çox olduqda yaşından daha cavan görsənə bilir, kişilərdə isə bu stiuasiya dəyişir. Ailə qurarkən digər mühüm amillərdən biri fiziologiyadır. İndiki dövrdəki xəyanətlərin əksəriyyəti fizioloji məqamlarla bağlıdır. Həqiqəti etiraf edək ki, müəyyən yaşlardan sonra kişilərdə erektil disfunksiya yaranır. Kişi qadından daha yaşlıdırsa, bir müddətdən sonra onlar arasında disbalans yaranacaq”.
Ekspert vurğulayıb ki, müasir dövrdə evlənmək istəyən gənclər var-dövlətə, maşına daha çox önəm verirlər:
“Çox təəssüflər olsun ki, bu məsələdə oğlanlar qızlardan heç də geri qalmır. Onlar qaynatanın vəzifəsinə, puluna, qızın maaşına diqqət edirlər. Bu da çox məyus edici haldır. O vaxtlar valideynlərin, qohum-əqrabanın yönləndirilməsi ilə ailə qurulurdu. İndi isə gənclərin əvvəlkinə nisbətdə azaldıqları artsa da, bundan istifadə edərək sevgiyə üstünlük vermirlər. Keçmişdə daha gənc yaşda ailə qurulurdu. Ona görə də problemli uşaqlar belə ailələrdən gəlir. Ölkəmizdə erkən nigahlar məsələsi qabardılmalıdır. Buna şərait yaradanlar, valideynlər belə saxlanılmalıdır. Cinayyət məsuliyyəti artırılsa, erkən nigahların sayı kəskin azalacaq. Yaxın qohum nigahlarına icazə verilməməlidir. Bu bir çox irsi xəstəliklərin yaranmasına səbəb olur".