Naxçıvanda dəm qazından 3 nəfər zəhərlənib. Hadisə bu gün Naxçıvan şəhərində qeydə alınıb.
Şəhər sakinləri 1977-ci il təvəllüdlü Rəsulova Ruhiyyə Hacı qızı və qızları 2000-ci il təvəllüdlü Mirzəyeva Jalə Vüqar qızı və 2011-ci təvəllüdlü Mirzəyeva Fidan Vüqar qızı evdə dəm qazından zəhərləniblər. Onlar təcili olaraq Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hər il onlarla can alan dəm qazı təhlükəsindən qurtulmaq üçün hansı qaydalara riayyət etməliyik?
Məsələ ilə bağlı “Sherg.az” a açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib ki, havaların soyuması, payız və qış aylarında istiliyə olan təlabat artdıqca qaz cihazlarına da tələb artır:
"Ona görə də qaz cihazlarından istifadə edərkən təhlükəsizlik qaydalarına ciddi riayyət edilməlidir. Diqqət edilməli əsas nüanslardan biri kustar üsulla hazırlanan qaz cihazlarından istifadə edilməməsidsir. Sertifikasiyası olan məhsul alınmalıdır. Quraşdırılarkən isə ixtisaslaşmış mütəxəsislər cəlb olunmalıdır. Bəzən bunu insanların özü və yaxud qohum, qonşuya həvalə edirlər. Bu da ciddi problemlərə yol açır. Otaqda mütləq havalandırma olmalıdır. Yanma prossesi düzgün getmədikdə qaz sızması yaranır. Əsasən hamam otaqlarında hansı ki, açıq oddan qaz sobası qoyulub, burada havalandırma üçün pəncərə olmadığına görə qaz sızması baş verir. Hamam otağının ölçüsü minimun 7 kvadrat metr, hündürlüyü 2 metr 20 sm olmalıdır. Gündə 2 dəfədən az olmayaraq tüstü-bacası təmizlənməlidir. Bu məsələlərə diqqət edilməlidir. Evdə qaz cihazı varsa, təhlükə var deməkdir".