Bakı şəhərində gənc oğlan həyatını təhlükəyə atıb.
Oxu.Az-ın məlumatına görə, hadisə Nəsimi rayonu, 28 May küçəsində qeydə alınıb. Belə ki, gənc oğlan həyatını təhlükəyə ataraq, avtomobillərin intensiv hərəkətdə olduğu yolda özünü qeyri-adekvat aparıb.
Məsələ ilə bağlı “Sherg.az”a danışan sosioloq Lalə Mehralı bildirib ki, zənnimcə, görüntüdəki şəxs narkotik vasitə qəbul etdiyinə görə, özündə deyil:
"Yoxsa, bir insan niyə öz həyatını təhlükə altına salsın? İnsanlara mane olan, maşınların sürətlə hərəkət etdiyi yollarda sürücülərə narahatlıq törədən bu cür şəxsləri çox görmüşük. Həmin şəxs məsuliyyətə cəlb olunmalıdır. Çünki indi öz əməlinə görə cəza almasa, eyni vəziyyət yenə təkrarlanacaq. Ona görə də bununla bağlı tədbirlər görülməlidir ki, bundan həm özü, həm də digərləri dərs alsın".