"Uşaqpulu vermirik, ancaq uşaqdan, avtobusdan, metro pulu alırıq! Hansı əsasla orta məktəblidən avtobusa mindiyi üçün pul almalıyıq?". Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının təşkilatı məsələlər üzrə müavini Niyaməddin Orduxanlı öz feysbuk səhvəsində paylaşıb.
Məsələ ilə bağlı “Sherg.az”a açıqlama verən iqtisadçı-ekspert Fuad İbrahimli bildirib ki, müasir dövrdə xərclər kifayyət qədər artıb:
"İndiki dövrü Sovet vaxtı ilə müqayisə etsək, nəqliyyat vasitələrinin ucuz olması, eyni zamanda valideynlərin məşğulluğunun daha yüksək səviyyədə təmin olunması, tələbələrin hər birinə təqaüdün verilməsi bu baxımdan şəraiti daha rahat edirdi. Bir çox dünya ölkələri tıxacın pik olan yerlərində nəqliyyatdan istifadəni limitli də olsa, öz öhdəsinə götürürlər. Yəni, tək məktəblilərə deyil, bütün vətandaşlara vaxt limiti qoyaraq güzəştlər təşkil edir. Bu qayda ilə şəxsi nəqliyyat vasitələrindən az istifadə olunur, ekoloji təmizliyə riayyət olunur və tıxacın qarşısını almaqdan ötrü, əhəmmiyətli bir göstəricidir. Kifayyət qədər güclü iqtisadiyyatımız və ehtiyyatlarımız mövcuddur. Bu səbəbdən belə bir layihənin həyata keçirilməsi çox gözəl təşəbbüs olardı. Bundan tək şagirdlər deyil, bütün əhaliyə yararlanardı".