Hazırda Sosial Xidmətlər Agentliyi tərəfindən 3 660 şəxsə evdə sosial-məişət xidməti göstərilir.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov 2023-cü ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 2023-cü ildə İraq və Suriyadan ölkəmizə repatriasiya olunmuş 63 nəfər Agentlik tərəfindən reinteqrasiya və sosial reabilitasiya tədbirlərinə cəlb olunub.
Agentlik sədri, həmçinin bildirib ki, 1 noyabr 2019-cu ildən etibarən ümumilikdə 504 uşaq övladlığa verilib. Onlardan 141 nəfəri ötən il övladlığa verilən uşaqlardır. Paralel olaraq “Himayədar ailə” qayğı modeli çərçivəsində 5 uşaq himayədar ailələrə verilib.
Sosial layihələr çərçivəsində 2023-cü il ərzində 21 şəhər və rayonda yaradılan günərzi qayğı mərkəzlərində 630 nəfər uşağa sosial xidmət göstərilib.