"DİM-in 852 yerlik elektron imtahan mərkəzi hazırda test rejimində fəaliyyət göstərir. İndi korpusda olan avadanlıqları yoxlayırıq".
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, fevralda bu mərkəzin açılışı gözlənilir:
"İlk növbədə dövlət qulluğu imtahanları, daha sonra magistratura və doktorantura üzrə imtahanlar elektronlaşdırılacaq. Kağız daşıyıcılarda imtahanlar mərhələli formada elektronlaşdırılacaq".