Bu il Bakı şəhəri COP 29-a ev sahibliyi edəcək. Bu, ölkəmiz üçün qürurverici hadisədir.
APA-nın bölgəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, bunu ekoloji məsələlər üzrə işçi qrupun Zəngilanda keçirilən iclasında ekoloji məsələlər üzrə işçi qrupun rəhbəri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
O, 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunmasına diqqət çəkib və bir çox tədbirlərin olduğunu deyib:
"Ekologiya və Təbii Sərvətlər Nazirliyi olaraq aidiyyəti dövlət qurumları ilə birlikdə tədbirlər planı hazırlanır. Həmin tədbirlər həm Şərqi Zəngəzur, həm də Qarabağ iqtisadi rayonu da daxil olmaqla ölkə ərazisini əhatə edəcək".