Dövlət əmlakının icarəsi üzrə tariflərin azaldılması ilə bağlı hökumətə müraciət olunub.
Bunu "APA-Economics"in sualına cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev deyib.
O bildirib ki, hazırda bu istiqamətdə müvafiq razılaşdırma prosesdurları yekunlaşmaq üzrədir. ƏMDX-nin rəisi əlavə edib ki, tariflər zonalar üzrə müəyyənləşdiriləcək.
"Burda əsas diqqət tariflərin endirilməsindən ibarətdir. Bununla da icarə subyektlərinin əhatə dairəsini daha da genişləndirə bilərik. Məbləğ azaldılsa da, nəticə etibarilə onların əhatə dairəsinin genişləndirilməsi ilə dövlət büdcəsinə daha çox vəsait daxil olacaq”- Mətin Eynullayev əlavə edib.