2023-cü ildə Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 1 183 manat olub.
Bu barədə Bakı şəhər Statistika İdarəsi məlumat verib.
Bildirilir ki, orta aylıq nominal əmək haqqı 2022-ci illə müqayisədə 6,8% çoxdur.
Xatırladaq ki, 2023-cü ilin ilkin məlumatlarına əsasən Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal maaşı 2022-ci ilə nisbətən 11,2% artaraq 933,8 manata çatıb.