Blogger: Küçələrin piyadalaşması artıq dünya tendensiyasıdır

Parisdə bəzi küçələrin avtomobilsizləşdirilməsi işində fərqli layihə həyata keçirilir. Burada məktəblərin yerləşdiyi küçələrə avtomobillərin girişi bağlanır. 2026-cı ilə qədər 300 “məktəb küçəsi”nin piyadalaşdırılması nəzərdə tutulub. İndiyə kimi 180 “məktəb küçəsi” artıq məktəblilərin (piyadaların) ixtiyarına verilib. 

Urban bloger Anar Əliyev isə "Sherg.az" -a deyib ki, küçələrin piyadalaşması artıq  dünya tendensiyasıdır. Milliyətindən və dinindən asılı olmayaraq hər kəs təhlükəsiz, rahat, yaşıl və insan yönümlü şəhərlərdə yaşamaq istəyir: 

"Bu layihədə məqsəd təkcə təhlükəsizliyi təmin etmək deyil. Deyilənə görə, Madriddə də bir məktəbin yerləşdiyi küçəni həftədə bir dəfə bağlayırlar ki, uşaqlar dərsdən sonra oynasınlar (əylənsinlər). Həmin küçə uşaqlar və onların valideynləri ilə dolub-daşır.  
Qeyd edim ki, artıq Bakının tarixi, mərkəzi küçələrinə də avtomobillərinin girişi məhdudlaşdırılıb.  Hələ ki, proses sadəcə həftəsonu və bayram günlərində icra edilsə də, sonradan mərkəzi küçələrin digər günlərdə dəç insanyönümlü olması ilə bağlı real addımların atılacağı gözlənilir. Gün gələcək ki, tarixi küçələrimiz tamamilə piyadalaşacaq".