2024-cü ilin yanvar-mart aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5% artaraq 19 milyard 408,1 milyon manat və ya hər nəfərə orta hesabla 1905,4 manat olub.
Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.
Qeyd edək ki, bu dövrdə əhalinin sərəncamında qalan gəlirləri 17087,0 milyon manat təşkil edib.
İqtisadçı - ekspert Xalid Kərimli “Sherg.az”a bildirib ki, əhalinin gəlirlərinin 5% artması insanların yaşam tərzinə müsbət təsir edəcək:
“Yanvar-mart ayı ilə müqayisədə inflyasiya nisbətən (0.4%)aşağı olub. Əhalinin gəlirlərinin daha yüksək artması insanların həyat səviyyəsinin yüksəlməsinə, alıcılıq qabiliyyətinin artmasına müsbət təsir edəcək. İnsanların gəlir səviyyəsi qiymət səviyyəsindən daha yüksək olarsa, real alıcılıq qabiliyyəti artmış olur. Yəni vətəndaşlar daha çox gəlir əldə edirlər. Qiymətlər isə 0,4 faiz artıb. Beləliklə insanlar bu nisbət qədər varlanmış olurlar”.