Ötən gün Esenyurtda yağan güclü yağış zamanı ürəkaçan görüntülər mobil telefon kamerasına əks olunub. Balaca oğlan yanındakı sahibsiz iti yağışdan islanmasının qarşısını almaq üçün taxta parçası ilə qoruyub. İtlə oğlanın dəqiqələrlə birlikdə gəzdiyi o anlar vətəndaşın cib telefonunun kamerasına düşüb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, İstanbulda dünəndən başlayan leysan yağış gün ərzində bir çox rayonda təsirli olub. Esenyurtda şiddətli yağış zamanı balaca uşaq insanlıq dərsi verib.
Yanındakı sahibsiz itin islanmasının qarşısını almaq üçün taxta parçasından istifadə edən oğlan mobil telefonunun kamerasına düşüb. Uşağın odun parçasını itin üstündə islanmış halda tutması görüntüləri ürəkləri isidib.
Həmin anlar vətəndaşın mobil telefonunun kamerasına əks olunub.