Küçələrdə diləndi, pulun olmaması onu səfil etdi, xəstəxanaya saldı
Milyoner Youtuber Mike Black 1 ilə hər kəsin milyonçu ola biləcəyini sübut etmək üçün var-dövlətini tərk edərək evsiz yaşamağa başlayıb. Mayk 10-cu ayında, pulun cəmi 6 faizini toplayıb küçədə xəstələndikdən sonra layihəsindən daşınıb.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, milyonluq sərvətini çölə atıb, küçələrdə yaşayaraq sosial eksperimentini YouTube-da paylaşan amerikalı milyonçu Mayk Blekin macərası xəstəliyi səbəbindən yarımçıq qalıb.
YouTube kanalında evsiz keçirdiyi günlərlə bağlı maraqlı videolar yayımlayan Blek 12 aya 1 milyon dollar qənaət edə biləcəyini iddia edib.
Dəbdəbəli evindən və avtomobilindən imtina edərək küçələrdə yaşamağa başlayan milyonçu, "Bir çox insan pandemiyada hər şeyini itirdi və depressiyaya düşdü. Bir gecədə 10 milyon dollar itirən bir dostum var. Onlara ümid olmaq istəyirəm” - deyərək macərasına başlayıb.
Küçələrdə dilənçilik edərək, müvəqqəti işlərdə çalışaraq pul toplamağa çalışan Blek uzun müddət ac və susuz qaldığını da videolarında açıqlayıb.
Lakin Blekin təcrübəsi onun xəstəliyi səbəbindən qısamüddətli olub.
O, YouTube kanalında küçələrdə yaşamağın çətinliyi və darmadağın olması səbəbindən xəstələndikdən sonra evsizlik macərasına son qoyduğunu açıqlayıb.
Xroniki yorğunluq və müxtəlif xəstəliklər nəticəsində layihəsini 2 ay tez bitirən Blek xəstəxanaya düşüb. Təcrübənin düşündüyündən də çətin olduğunu etiraf edən kişi, küçədə yaşamağın həyatının ən ağır təcrübəsi olduğunu, bəzən içməyə su belə tapmadığını bildirib.
Black üç ayda kirayə ev tutmağı bacarıb və sahibkarlıq ruhu ilə sosial mediadan pul qazanmağa başlayıb.
1 milyon dollarlıq hədəfinə çata bilməsə də, əzmkarlıq gücü nümayiş etdirdiyinə inanan milyonçu 10 ayda 64 min dollar qazana bilib.