Həmin kartların üzərinə isə heç bir faiz gəlmir -Əkrəm Həsənov

Vətəndaşların bankdan istehlak krediti götürərkən yaşadığı problemlərdən biri də məbləğin üzərində məcburi şəkildə kredit kartının verilməsidir. Müştəri içində müəyyən vəsait olan bu kartı götürməkdən imtina etdikdə isə yalnız bir ay sonra geri qaytarmağın mümkün olduğunu deyirlər. Hətta, bəzən vətəndaşları cəlb etmək üçün kartdan istifadə zamanı məbləğin üzərinə faiz gəlmədiyini deyərək, onlara yanlış məlumatlar verilir.
Bəs vətəndaş bu kimi hallarla qarşılaşdıqda nə etməlidirlər?

Məsələni dəyərləndirən bank məsələləri üzrə ekspert Əkrəm Həsənov "Sherg.az"a açıqlamasında deyib ki, kreditin müxtəlif formaları mövcuddur:         
                                                 
"Bank vətəndaşa krediti bu cür təklif edir. Ona görə də bu məcburi hesab edilmir. Yəni, prosses tərəflər arasında razılaşdırılan şərtlər əsasında formalaşır. Vətəndaşı qane etmirsə, istədiyi banka müraciət edə bilər. Həmin kartların üzərinə isə heç bir faiz gəlmir. Sadəcə olaraq kartın sifarişinə görə, komissiya haqqı ödənilməlidir. Ancaq bu təcrübə xaricdə də belədir. Burada bankın məqsədə kartın satılması deyil. Sadəcə olaraq, vətəndaşın hər dəfə onun kassasından pul çıxartması banka sərf etmir. Bu halda bank əlavə işçiyə maaş vermək məcburiyyətində qalır".