"Peyk görüntülərindən Xəzər dənizinin sahil xəttinin coğrafi koordinatları yüksək dəqiqliklə təyin edilib".
Bunu AMEA-nın müxbir üzvü Rauf Qardaşov bu gün Coğrafiya İnstitutunda keçirilən “Azərbaycanda müasir iqlim dəyişmələrinin təbii komplekslərə və təsərrüfat sisteminə təsiri” adlı beynəlxalq elmi-praktiki konfransda çıxışı zamanı deyib.
O bildirib ki, Xəzər dənizinin North Caspian Operating Company (NCOC) tərəfindən müxtəlif ssenarilərə görə verilən səviyyə dəyişmələri proqnozu var:
"Belə ki, burada ssenarilər iki giriş parametrinə (atmosferə atılan CO və Xəzərə tökülən çayların suyundan istifadə) görə işlənib. 2050-ci ilədək səviyyənin "-24" və "-36" metr arasında dəyişəcəyi təxmin edilir, belə ki səviyyənin "-28" və "-31" arasında dəyişmə ehtimalı 50% -dir.
O həmçinin əlavə edib ki, 1837-ci ildən Xəzər dənizinin referans səviyyəsi olan -28 metrdə olması 1945, 1950, 1983 və 2020-ci illərdə müşahidə edilib:
"Hal hazırda 2020-ci il peyk təsvirlərindən "referans sahil xətti"nin coğrafi koordinatlarını yüksək dəqiqliklə təyin etmək üçün imkan yaranıb və tərəfimizdən bu iş görülüb. Bunun üçün 10 m ayırdetməli Sentinel-2 peyk təsvirləri müxtəlif yarı avtomatlaşdırılmış proqram alətləri ilə işlənib. Bu proses zamanı sahil xəttinin "smoothing" (hamarlaşdırılma) alqoritmi tətbiq olunub".