
Tramp İranda hakimiyyətin çökməsi üçün əlindən gələni edəcək - ŞƏRH
Yusif Nəzərli
09:45 08.03.2025
Siyasət
573
Söhbət, sadəcə, iqtisadi sanksiyalardan getmir
İran uranın zənginləşdirilməsini davam etdirərsə, bu, növbəti eskalasiyaya gətirib çıxaracaq
"ABŞ İran hökumətinin beynəlxalq maliyyə sisteminə çıxışını kəsəcək". Bunu ABŞ-nin maliyyə naziri Skott Bessent deyib. Skott Bessent bildirib ki, əgər iranlı olsaydım, bütün pullarımı xarici valyutaya çevirərdi: “Bizim yenilənmiş sanksiyalar siyasətimizin başlanğıcı İran iqtisadiyyatının məğlubiyyəti olacaq. İranın neft sektorunu və PUA istehsalı imkanlarını bağlayacağıq”.
Milli Cəbhə Partiyası başqanınınn müavini, politoloq Məhəmməd Əsədullazadənin “Sherg.az”a açıqlamasına görə, ABŞ administrasiyasının İrana tətbiq etdiyi sanksiyalar, xüsusilə də ölkənin neft sektoruna məhdudiyyətləri ölkə daxilində sosial və siyasi gərginliyə gətirib çıxaracaq:

“Onsuz da İran rialının dollar qarşısında dəyərdən düşməsi hər keçən gün əhalinin real alıcılıq qabiliyyətini aşağı salır. Ölkədə inflyasiyanın psixoloji həddi keçməsinə gətirib çıxarır. Ölkə iqtisadiyyatının tənəzzülünün isə hakimiyyət daxilində siyasi qruplar arasında qarşıdurmaya yol açmasına gətirib çıxarması istisna deyil. Prezident M.Pezeşkian islahatçı qanadı təmsil etməsinə baxmayaraq, Qərblə dialoq baş tutmur. Çünki SEPAH və mühafizəkar dairələr İranın xarici siyasətində sərt xətti davam etdirməklə, Qərblə normallaşmanın qarşısını alırlar. Məhz Qərblə danışıqlar üçün görəvləndirilən xarici işlər naziri Məhəmməd Cavad Zərifin istefası isə İranın işinin daha da çətinləşəcəyini göstərir”.
Politoloqun sözlərinə görə, ABŞ qeyd edilən sanksiyaları tətbiq edib, İran hökumətinin beynəlxalq maliyyə sisteminə çıxışını kəssə, İran neft çıxarmasını dayandıra bilər. Çünki neft satışından valyuta daxil olmasa, neftin çıxarılması baha başa gələcək. M.Əsədullazadə həmçinin qeyd edib ki, D.Tramp İranda hakimiyyətin çökməsi üçün əlindən gələni edəcək:
“Söhbət sadəcə iqtisadi sanksiyalardan getmir. İran uranın zənginləşdirilməsini davam etdirərsə, bu, növbəti eskalasiyaya gətirib çıxaracaq. Artıq ABŞ İsrailə İranın yeraltı nüvə və raket bunkerlərini dağıda bilən bombalar verib. İran rejimi öz hərbi imkanlarını genişləndirsə də, havadan müdafiə sistemləri sıradan çıxarılıb. Ölkə havadan hücum təhlükəsinə görə müdafiəsiz qalıb. Fikrimcə, İranın nüvə və raket mərkəzlərinə hava hücumları istisna deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə