
Sosioloq: “Rəqəmlər düşdükcə, daha az körpə bu kor-döngünün qurbanı olur"
11:54 18.08.2025
Sosial
294
Yeniyetmə anaların dünyaya gətirdiyi uşaqlar adətən yüksək risk qrupuna daxil olur
Ötən il 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı məlum olub.
Bu, Dövlət Statistika Komitəsinin nəşr etdirdiyi "Azərbaycanda uşaqlar" məcmuəsində qeyd olunub.
Qeyd olunub ki, 2024-cü ildə 1279 uşaq yetkinlik yaşına çatmayan ana tərəfindən dünyaya gətirilib. Bu say 2023-cü ildə 1742, 2022-ci ildə isə 2011 nəfər təşkil edib.
Sosioloq Yusif Nəbiyev “Sherg.az”a bildirdi ki, yetkinlik yaşına çatmayan analar tərəfindən dünyaya gətirilmiş övlad sayındakı hər bir halda müsbət görüntüdür:

“Rəqəmlər düşürsə, deməli daha az körpə bu kor-döngünün qurbanı olur. Rəqəmlərdəki azalma tendensiyası isə çox güman ki, həm sosial şəbəkələrdə və digər internet resurlarında maarifləndirici məzmunlarla zəngin informasiya axınının artması, həm də ailə planlaşdırması ilə əlaqədar dövlət və QHT-lərin kampaniyaları ilə bağlıdır. Düzdür, bu hələ o demək deyil ki, cəmiyyətdə bu sahədə yetkinləşmə gedib. Aydın məsələdir ki, insanlar yaşadıqları sosial mühitin qaydalarına uyğun davranırlar. Hal-hazırda isə onların qarşısına qoyulan sosial “oyun qaydaları” müəyyən qədər dəyişib deyə, gənclər də istər-istəməz bu qaydalarla ayaqlaşmağa məcbur olurlar. Amma bu, problemi həll olunmuş kimi göstərməməlidir, çünki məsələ təkcə statistikadan ibarət deyil. Yeniyetmə anaların dünyaya gətirdiyi uşaqlar adətən yüksək risk qrupuna daxil olur. Onlar həm təhsil, həm də psixososial inkişaf baxımından dezavantajlı mühitdə böyüyürlər. Çünki uşağı dünyaya gətirən ana özü də uşaqdır. O, öz təhsilini yarımçıq qoyur, bununla əmək bazarında iştirak imkanlarını daraldır və nəticədə sosial müdafiəsizlik nəsildən-nəsilə ötürülür. Sanki bir “yoxsulluq mədəniyyəti” formalaşır. Bu tip ailələrdə çətinliklər artıq norma kimi qəbul olunur və dairəvi döngü özünü təkrar edir. Dövlətin və cəmiyyətin diqqət yetirməli olduğu əsas məsələ təkcə bu uşaqların doğulmasının qarşısını almaq deyil, həm də doğulanların taleyidir. Əks halda, rəqəmlər azalsa belə, mövcud uşaqlar sosial kapitaldan kənarda qalaraq gələcəkdə kriminal aləmə, yenidən erkən evliliklərə və ya qeyri-stabil həyat tərzinə daha çox meyilli olacaqlar. Yəni statistika düşə bilər, amma sistemik risklər davam edir. Unudulmamalı olan məqam budur ki, məsələ "filan qız evləndi", "filan qız uşaq doğdu" kimi "fərdi əhvalat” formatında dəyərləndirilməməlidir. Bu bir struktur problemidir və məsələnin həlli də yalnız sistemli yanaşma ilə mümkündür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət
İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir
19:41 27.04.2026
Rəsmi
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib - YENİLƏNİB
19:35 27.04.2026
Siyasət
Əraqçi: ABŞ heç bir məqsədinə nail olmayıb
19:27 27.04.2026
Region
Şamaxıda yol qəzasında 4 nəfər xəsarət alıb
19:20 27.04.2026
Hadisə