Ağdam Sənaye Parkına media-tur təşkil olunub
08:02 09.01.2025
Sosial
506
Ağdam Sənaye Parkına media-tur təşkil olunub.
APA xəbər verir ki, media-turda qeyd olunub ki, son dövrlərdə ölkədə sənayeləşmə siyasətinə uyğun olaraq, sənaye zonalarının yaradılması istiqamətində işlər uğurla davam etdirilir. Hazırda Azərbaycanda 13 sənaye zonası mövcuddur. Bunlardan 9-u sənaye parkı, 4-ü isə sənaye məhəlləsi statusundadır.
Ağdam Sənaye Parkı Dövlət başçsının 2021-ci il 28 may tarixli Fərmanı ilə yaradılıb. Sənaye Parkının yaradılmasında ən böyük məqsəd işğaldan azad edilmiş ərazilərin bərpası, sənaye potensialının inkişaf etdirilməsi, ən əsası isə işğaldan azad edilmiş ərazilərə köçürülən əhalinin məşğulluğunun təmin olunmasıdır.
Ağdam Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir. Artıq Sənaye Parkının 65 faizdən çox hissəsində sahibkarlar tərəfindən məskunlaşma qeydə alınıb.
Ağdam Sənaye Parkı qısa müddət ərzində yaradılmasına baxmayaraq hazırda rezidentlərin sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ölkədə ikinci böyük park hesab edilir.
Parkda ümumi investisiyalarının həcmi 271 milyon manat olan 29 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu 33 sahibkarlıq subyekti tərəfindən Sənaye Parkında ümumilikdə 2400-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Bugünədək Sənaye Parkında görülmüş işlərə rezidentlər tərəfindən 97 milyon manata yaxın investisiya yatırılıb, 380 nəfərlik daimi iş yeri yaradılıb. Hazırda Ağdam Sənaye Parkında 9 müəssisə fəaliyyət göstərir.
Ağdam Sənaye Parkında istehsal edilən məhsullardan işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quraşdırma işlərində geniş istifadə edilməklə yanaşı, daxili bazarda da geniş satışı həyata keçirilir. Artıq Sənaye Parkında istehsal edilən divar kağızlarının Gürcüstana ixracı həyata keçirilib ki, bu da ölkəmizin divar kağızı istiqamətində ilk ixracıdır. Bundan başqa müəssisə tərəfindən MDB ölkələrinə, Türkiyə, İraq və s. ölkələrə divar kağızlarının ixracı istiqamətində danışıqlar aparılır.
Həmçinin Sənaye Parkının digər rezidenti tərəfindən istehsal edilən tikinti təyinatlı ayaqqabıların da ixracı istiqamətində Avropa ölkələri ilə danışıqlar aparılır, bu istiqamətdə şirkət tərəfindən artıq sertifikat əldə edilib ki, bu da sözügedən şirkətə istehsal etdiyi məhsulu Avropa ölkələrinə ixrac etməyə imkan verir.
Bundan başqa hazırda Ağdam Sənaye Parkının bir çox rezidentləri tərəfindən layihələndirmə işləri həyata keçirilir, 10-a yaxın müəssisədə isə tikinti işləri görülür.
Cari ildə Sənaye Parkında tütün məmulatlarının istehsalı müəssisəsinin fəaliyyətə başlaması planlaşdırılır.
O da qeyd olunub ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından tam azad olunurlar. Bir maraqlı məqamı diqqətə çatdırım ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye parklarında tətbiq edilmiş idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində rezidentlər bugünə qədər 501 milyon manatdan çox, 2024-cü ilin 11 ayında isə 40,68 milyon manat vəsaitə qənaət ediblər.
Bundan başqa, işğaldan azad olunmuş ərazilərdəki mövcud sənaye parklarında əlavə güzəştlər də tətbiq edilir. Bunlara xüsusi güzəştli bank kreditləri, sosial sığorta ödənişlərinin subsidiyalaşdırılması, kommunal xidmətlərə 20 faiz endirim, idxal olunan xammal və materiallar üzrə gömrük rüsumları və ƏDV-dən tam azadolma (müəyyən edilmiş siyahısıya əsasən) aiddir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Suriyada partlayış olub, ölən və yaralananlar var
15:43 24.08.2026
Dünya
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
12:38 24.08.2026
Ekologiya
Bakıda mənzilini yandıran şəxs saxlanılıb
12:28 24.08.2026
Hadisə