
"Avtobusda uşaq tutacağı yalayır, ancaq ananın vecinə deyil" - Əhməd Qəşəmoğlu
Yusif Sultanoğlu
12:53 26.04.2024
Sosial
529
"Ürək ağrısı ilə demək olar ki, tendensiya bu cür davam edərsə, vəziyyət get-gedə pisləşəcək"
Bakıda çoxmərtəbəli binadan düşərək ölən körpə bədbəxt hadisənin qurbanı olub. Oxu.Az-ın əldə etdiyi ilkin məlumata görə, dördaylıq körpə pəncərənin qarşısında nəzarətsiz şəkildə qaldığı üçün oradan yıxılıb. Hadisənin üçüncü şəxs tərəfindən törədilməsi isə istintaq orqanlarının araşdırmasından sonra məlum olacaq. Son zamanlar tez-tez valideynlərin uşaqlara qarşı etinadsız olduğu müşahidə olunur. Maraqlıdır, əvvəlki dövrlərə nisbətən indiki anaların ehtiyyatsızlığının səbəbi nədir?

Sosioloq Əhməd Qəşəmoğlu "Sherg.az"a bildirib ki, cəmiyyətdə sosial problemlərlə bağlı boşluqlar çoxdur:
"Buna isə məhəl qoyulmur. İndiki valideynlər çox etinadsızdır. Həmin valideynlərlə profilatik, maarifləndirici söhbətlər aparılmalıdır. Televiziyada şit-şit, camaatın ətini tökən verlişlər verilincə, ailədə uşağa olan diqqəti artırmaq lazımdır. Müasir anaların başı telefona, sosial şəbəkələrə qarışıb. Əvvəlki dövrün qadınları övladlarına qarşı çox həssas və diqqətcil olublar. Bəzən görürəm ki, nəqliyyat vasitələrində uşaq tutacağı yalayır, ancaq ananın vecinə olmur. İrad bildirəndə də söyləyirlər ki, başım qarışıb. Valideynin uşaq qarşısında məsuliyyəti böyük olmalıdır. . Təəssüf ki, Azərbaycanda maarifləndirmə tədbirləri də lazımi effekt vermir. O zaman inzibati metodlara keçmək lazımdır. Hansı valideyn uşağına qarşı etinadsız yanaşırsa, onlara xırda və yaxud valideyn hüququndan məhrumetməyədək cəzalar verilməlidir. Günümüzdə tək uşağa qarşı deyil, anaya, ataya, həyatyoldaşına qarşı da biganəlik var. Yəni ailə instutunun təməlində dəyişikliklər yaranıb. Bunun üçün vacibi addımların atılması önəmlidir. Təəssüf ki, məmurların bu istiqamətdə heç təsəvvürləri yoxdur. Ürək ağrısı ilə demək olar ki, tendensiya bu cür davam edərsə, vəziyyət get-gedə pisləşəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm