Deputat: Oruc yalnız ac qalmaqla yerinə yetirilməməlidir
Yusif Nəzərli
19:00 24.03.2024
Sosial
420
"Oruc sırf Allaha ibadət məqsədilə edilən ibadətlərdən biridir. Oruc tutan insanın əsas niyyəti Allaha ibadət olmalıdır. Arıqlamaq oruc tutarkən əsas yox, ikinci dərəcəli məqsədlərdən biri ola bilər".
"Sherg.az"ın xəbərinə görə, bu barədə millət vəkili, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, oruc ibadəti yalnız ac qalmaqla yerinə yetirilməməlidir:
"Oruc sözü ərəb dilində tutmaq mənasını ifadə edir. Oruclu insan günah əməllərdən də özünü tutmalıdır. İnsanların haqqına girməkdən, qeybətdən, dedi-qodudan, insanları ələ salmaqdan və digər müsəlmana yaraşmayan əməllərdən uzaq olmalıdır. Oruc tutan insan hətta beynini belə pis fikirlərdən təmiz saxlamalıdır. Əgər oruc tutan insan günah əməllərə davam edirsə, insanları incidirsə, onların haqqına girirsə və digər günah əməllərə yol verirsə, bu, orucun ona heç bir faydası yoxdur. Çalışaq ruhən və cismən oruc tutaq".
Parlament üzvü vurğulayıb ki, Azərbaycanda ən çox müzakirə olunan və sual verilən mövzulardan biri də namaz qılmayan şəxsin oruc tutması ilə bağlıdır:
"Təəssüf ki, biz özümüzdən daha çox başqalarının əməllərini təftiş etməyə meylliyik. İslam müsəlmanlara bütün ibadətləri yerinə yetirməyi tövsiyə edir. Bu baxımdan oruc tutan şəxsin namaz qılmaqla yanaşı, digər ibadətləri də yerinə yetirməsi daha doğrudur. Çünki dinimizdə hər iki ibadəti yerinə yetirmək vacibdir.
Ancaq namaz və oruc ayrı-ayrı ibadətlər olduğuna görə namaz qılmayan şəxsin oruc tutmasında heç bir problem yoxdur. Bəlkə də, bu il oruc tutan şəxs növbəti günlərdə namaz qılmağa da başlayacaq. Ona görə dəyərli müsəlman qardaş və bacılar, daha çox başqalarının deyil, özümüzün əməllərini təftiş edək. Qiyamət günü biz başqalarının deyil, öz əməllərimiz barədə sorğu-sual olunacağıq".
Ceyhun Məmmədov əlavə edib ki, orucu yalnız qida və maye qəbul etmək pozmur:
"İnsanların haqqına girmək, yalan danışmaq, insanları aldatmaq, dedi-qodu ilə məşğul olmaq, xəbər aparıb-gətirmək və digər günah əməllər də orucu pozur. Oruc cismən, fikrən və əmələn tutulmalıdır. Məhəmməd Peyğəmbər buyurub: "Kim yalan danışmaqdan və bu yalana əməl etməkdən əl çəkməsə, yeməyini və içməyini tərk etməsinə Allahın ehtiyacı yoxdur". İslam ibadətlərinin əsas məqsədlərindən biri insanların mənən saflaşması, paklaşması və günahlardan arınmasıdır. Bir sözlə oruc yalnız mədə ilə deyil, əməllə də tutulmalıdır. Əgər bir insan oruc tutursa, ancaq bu onun əməllərində özünü göstərmirsə, onun bütün günü ac qalmasına Allahın ehtiyacı yoxdur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə
Beyləqanda su kanalında çimən yeniyetmə boğulub
19:04 07.08.2026
Hadisə
Mirziyoyev və Tramp ikitərəfli münasibətləri müzakirə ediblər
18:47 07.08.2026
Dünya
Ruslar nə qədər uzaq olsa, o qədər yaxşıdır - Navrotski
17:51 07.08.2026
Dünya
Rayonlara 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ
17:40 07.08.2026
Ekologiya
Azərbaycanda faydalı qazıntı yatağı hərraca çıxarılacaq
17:39 07.08.2026
İqtisadiyyat
Ceki Çan Bakıda çəkiliş zamanı qolunu zədələdi
16:45 07.08.2026
Hadisə