
Ekspert: Dəmiryolu ərazisində parklanma yeri məhduddur
Yusif Sultanoğlu
14:26 26.03.2024
Sosial
443
Bakı Dəmir Yolu Vağzalının Süleyman Rəhimov küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində yerləşən avtodayanacaq stansiyasında parklanma tarifləri müəyyənləşib.
Trend xəbər verir ki, qiymətlər parklanma müddətinə əsasən müəyyən edilir.
Bildirilir ki, ilk 15 dəqiqə sürücülər üçün pulsuzdur.
Parklanma qiymətləri aşağıdakı kimidir :
15-30 dəqiqə - bir manat,
30-60 dəqiqə - iki manat,
1-2 saat - dörd manat,
2-3 saat - altı manat,
3-5 saat – 10 manat,
5-7 saat - 14 manat,
7-10 saat - 18 manat,
10-15 saat – 22 manat,
15-20 saat – 26 manat,
20-24 saat – 30 manat.
Növbəti sutka üçün isə 30 manat nəzərdə tutulur.
Xatırladaq ki, martın 11-i Nəqliyyatı Əlaqələndirmə Şurası paytaxtın əsas nəqliyyat qovşaqlarından biri olan “28 May” metrostansiyası və Bakı Dəmiryol Vağzalı qarşısında fərdi avtomobillərin hərəkətinin məhdudlaşdırılması barədə qərar qəbul edib. Belə ki, martın 12-dən bu ərazidə yalnız müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən ictimai nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir.
Məsələni dəyərləndirən Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı "Sherg.az" a bildirib ki, Dəmiryolu ərazisində parklanma yeri məhduddur:

"Buna görə də həmin qiymətlər təyin olunur ki, digər vətəndaşlar üçün də parklanma yeri əlçatan olsun. Həmin əraziyə kimsə maşınını ataraq saatlarla hardasa əylənəcək deyə, dəmiryolundan istifadə edən sərnişinlərin uzunmüddət tıxacda qalması, maşınını saxlamağa yer tapmaması doğru deyil. Sərnişinlərin rahatlığı düşünülməlidir. Müasir şəhərsalma sistemində qiymətlər bu cür tətbiq edilir ki, parklanma yeri yersiz məşğul edilməsin. Məsələn, sutkalıq parklanma yeri lazımdırsa, həmin ərazidən təxminən 1 km uzaqlıqda "Qış parkı" yerləşir. Orada vətəndaşlar sutkalıq ucuz qiymətə maşınlarını saxlaya bilərlər. İnsanlar təyin olunan tarifləri hay-küylə qarşılamasınlar. Çünki bu müasir şəhərsalmanın əsas tələblərindən biridir. Biri öz rahatlığı üçün deyir ki, 1 manata 5 saata parklanma yeri verilsin. O zaman digər vətəndaş şikayyət edəcək ki, qatarla hərəkətə gələn müştərini qarşılamaq üçün parklanma yeri tapmıram. Bu məsələdə hər kəsi tam razı salmaq mümkün deyil. Qeyd olunan qiymətlər də qəti deyil. Ciddi narazılıqlar, şikayyətlər olarsa, qiymətlərə baxıla bilər. Düşünürəm ki, hazırki qiymətlər normaldır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
MDB artıq Azərbaycan üçün dar çərçivədir - POLİTOLOQ
16:10 17.03.2026
Siyasət
Albaniya SEPAH-ı terror təşkilatı kimi tanıyıb
16:07 17.03.2026
Gündəm
İranda dini rejim dağılacaq, hərbi hökumət qurulacaq - Bolton
16:04 17.03.2026
Dünya
Daha bir avtobusda gediş haqqı 60 qəpik olub
15:56 17.03.2026
İnfrastruktur
Sürət qatarına daş atan yeniyetmələr polisə çağırılıb
15:12 17.03.2026
Hadisə
Müctəba Xamenei iki ölkənin təklifini rədd etdi
14:13 17.03.2026
Gündəm
Qarşıdurma uzanır: İranın cavabı bütün planları pozdu - RƏY
14:12 17.03.2026
Aktual
SEPAH-ın yüksək vəzifəli generalları öldürüldü
14:06 17.03.2026
Gündəm
Zelenski: Müharibə ABŞ-dən də uzaqda deyil
14:01 17.03.2026
Dünya
Aİ Hörmüz boğazı ilə bağlı diplomatik həll yolu axtarır
13:59 17.03.2026
Dünya
Azərbaycanlı turistlər xaricdə 1.5 mlrd. dollar xərcləyiblər
13:50 17.03.2026
Aktual
İsrailin müdafiə naziri: Əli Laricani öldürülüb - YENİLƏNİB
13:48 17.03.2026
Gündəm
Şəhərdə əlçatanlıq yoxdur, sakinlər əziyyət çəkir - Ekspert
13:45 17.03.2026
İnfrastruktur
Uşaq evlərinin sakinləri ahıllar evini ziyarət etdi
12:46 17.03.2026
Cəmiyyət