İkinci Dünya müharibəsi iştirakçıları və ailə üzvlərinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
İkinci Dünya müharibəsi iştirakçıları və ailə üzvlərinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
11:47 02.05.2024
Sosial
395
Prezident İlham Əliyev 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb.
Sherg.az-ın xəbərinə görə, Sərəncamda deyilir ki, 1941–1945-ci illər İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 2 min manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 1 min manat məbləğində birdəfəlik maddi yardım veriləcək.
Bu Sərəncamın icrası məqsədilə Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3 milyon manat vəsait ayrılıb.
Maliyyə Nazirliyi bu Sərəncamda nəzərdə tutulmuş vəsaitin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi hesabına köçürülməsini təmin etməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik maddi yardımın bu Sərəncamda nəzərdə tutulmuş şəxslərə ödənilməsini təmin etməlidir.
Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Norveç kralı V Harald vəfat edib
10:45 28.08.2026
Dünya
Tokayev hökuməti istefaya göndərib
10:21 28.08.2026
Gündəm
Lavrovdan Robert Köçəryanla bağlı açıqlama
09:47 28.08.2026
Dünya
Dünən Bakıda güclü küləkdə iki nəfər xəsarət alıb
09:35 28.08.2026
Hadisə
Qızıl və gümüş ucuzlaşdı
09:12 28.08.2026
İqtisadiyyat
Beyonsdan zəlzələdən zərərçəkənlərə böyük dəstək
09:10 28.08.2026
Şou
Ən qısqanc BÜRCLƏR: kimlərin münasibəti risk altındadır?
08:41 28.08.2026
Maraqlı
Paytaxtın bəzi ərazilərində işıq olmayacaq
07:37 28.08.2026
Ölkə
Onlar “Ceyms Bond” roluna namizəddir
07:00 28.08.2026
Şou
2 kilo undan neçə kilo əriştə çıxır?
05:45 28.08.2026
Cəmiyyət
Dünyada insanların 1 faizi bütün əhalidən daha zəngindir: HESABAT
05:05 28.08.2026
Sosial
Qardaşından sonra öz filmini çəkir
03:49 28.08.2026
Şou
Qənd, şəkərlə çay içmək sağlamlığa necə zərər vurur?
03:13 28.08.2026
Sağlamlıq
Vatsapa yeni funksiya gəlir
02:32 28.08.2026
Texnologiya
İran ABŞ-ni iqtisadi maraqlarına zərbə vurmaqla hədələdi
01:57 28.08.2026
Gündəm
Azərbaycanlı kriminal avtoritet müəmmalı şəkildə öldü
01:11 28.08.2026
Cəmiyyət
Altı Aİ ölkəsi yeni maliyyə çərçivəsi üzrə anlaşdı
00:31 28.08.2026
Dünya